Browsing daily archive

Sentyabr 29, 2025

Azərbaycan Sidney Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

Avstraliyanın Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresi (IAC 2025) dünyanın 89 ölkəsinin nümayəndələrini bir araya gətirib. Tədbirdə Azərbaycan da ən geniş tərkibli nümayəndə heyətlərindən biri ilə iştirak edir. “Azərkosmos”un təşkilatçılığı ilə baş tutan mötəbər tədbirdə tanınmış azərbaycanlı alimlər, təcrübəli pedaqoqlar və ölkənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən gənc tədqiqatçılar çıxış edirlər. Qarabağ Universiteti […]

Mingəçevir Su Anbarında suyun həcmi artıb

Son günlər ölkə ərazisində davam edən yağıntılar nəticəsində çaylarda və su hövzələrində suyun səviyyəsində artım qeydə alınıb. Xüsusilə Qanıx çayında vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişib. Belə ki, çayda suyun səviyyəsi 1 metr 41 santimetr yüksələrək, saniyədəki su axını əvvəlki 100 kubmetrdən 300 kubmetrə çatıb. Kür, Türyançay və digər çaylarda isə nisbətən az – 3-5 santimetr artım […]

Millimiz MDB Oyunlarını 9 medalla başa vurdu

Azərbaycanın stolüstü tennis millisi III MDB Oyunlarında uğurlu çıxışını tamamlayıb. Fərdi yarışların final mərhələsində millimizin idmançıları Adil Əhmədzadə və Mərziyyə Nurmətova Rusiya təmsilçiləri Yevgeni Vasikov və Zlata Terekova ilə üz-üzə gəlib. Hər üç setdə rəqiblərinə uduzan idmançılarımız gümüş medallarla təltif olunublar. Bununla da stolüstü tennis üzrə yarışlar başa çatıb. Azərbaycan millisi ümumilikdə 6 gümüş və […]

Sentyabrın 30-na hava proqnozu

Milli Hidrometeorologiya Xidməti sentyabrın 30-u üçün hava şəraitini açıqlayıb. Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-17, gündüz 18-22 dərəcə olacaq. Atmosfer təzyiqi 758–762 mm civə sütunu arasında dəyişəcək, nisbi rütubət 70-80% təşkil edəcək. […]

Oktyabrdan bəzi avtobuslarda gediş haqqı dəyişir – bütün marşrutlar deyil

1 oktyabr tarixindən etibarən Bakı şəhərində ictimai nəqliyyatda tariflər yenilənəcək. Metroya tətbiq olunan qiymət artımı bütün xətləri əhatə etsə də, avtobus marşrutlarının böyük hissəsində gediş haqqı dəyişməyəcək. Yeni tariflər yalnız nağdsız ödəniş sistemləri vasitəsilə fəaliyyət göstərən, həmçinin elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarına şamil olunacaq. İlkin mərhələdə […]

Avtobuslarda Yeni Dövr Başlayır: Oktyabrın 1-dən Tariflər Dəyişir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası sərnişindaşıma üzrə yeni gediş haqqı tariflərini təsdiqləyib. Qərar, “2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində ictimai nəqliyyatda keyfiyyətin artırılması və avtobus parkının yenilənməsi məqsədi daşıyır. Yeni qaydaya əsasən, yalnız nağdsız ödəniş sistemləri ilə fəaliyyət göstərən, ekoloji cəhətdən təmiz – elektrik və CNG ilə işləyən avtobuslarda gediş haqqı 60 qəpikdən başlayacaq. […]

ABŞ-dan Ukraynaya siqnal

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanın Amerika silahlarından istifadə edərək Rusiyanın dərinliklərinə zərbə endirməsinə qarşı çıxmır. Bu barədə Trampın xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” telekanalına açıqlama verib. Onun sözlərinə görə, prezident Donald Tramp, vitse-prezident Ceyms Vens və dövlət katibi Marko Rubionun son açıqlamaları Kiyevin uzaqmənzilli zərbələrinə Vaşinqtonun razılıq verdiyini göstərir. Kelloq əlavə edib ki, […]

III MDB Oyunlarında həyəcan davam edir

Azərbaycanda keçirilən III MDB Oyunları çərçivəsində bu gün idmansevərləri rəngarəng yarış proqramı gözləyir. Qəbələ İdman Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi baş tutacaq. Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə idmançılar mübarizə aparacaq, Gəncə İdman Sarayında isə üzgüçülük yarışlarının növbəti mərhələsi keçiriləcək. U-16 futbol yarışları da diqqət mərkəzində olacaq. Qəbələ Şəhər Stadionunda Belarus […]