Browsing daily archive

Sentyabr 23, 2025

Mingəçevir Dövlət Dram Teatrı yeni mövsümə start verdi

Mingəçevir Dövlət Dram Teatrı 58-ci teatr mövsümünü açıq elan edib. 23 sentyabr saat 18:00-da teatrın səhnəsində yazıçı Qriqori Qorinin “Herostratı unudun” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Əsərin tərcüməsi yazıçı Elçin Hüseynbəyliyə, quruluşu isə rejissor Emin Mirabdullayevə məxsusdur. Mövsümün açılışı münasibətilə keçirilən tədbirdə teatrın direktoru səlahiyyətlərini icra edən Vəfadar Rəhimov, Gəncə Milli Dövlət Dram […]

Mingəçevirdə azyaşlı piyada avtomobilin zərbəsinə tuş gəldi

Mingəçevirdə 13 yaşlı piyada yol qəzası nəticəsində xəsarət alıb.Hadisə şəhərin “Energetiklər” yaşayış massivində qeydə alınıb. İdarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olan İkram Yusifov 2012-ci il təvəllüdlü Yusif Rüstəmova çarpıb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan yeniyetmə sürücü tərəfindən təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Qarabasma və ya Yuxu İflici

Bu halı çox adam yaşayıb. Dəhşətli yuxu görürsən yuxuda olduğunu anlasan da, hərəkət edə və ya danışa bilmirsən. Yuxudaykən kiminsə səni vurduğunu düşünürsən, otaqda kiminsə varlığını hiss edirsən. Özünü ölmüş hiss etmək yuxu iflici hadisəsinin məşhur əlamətlərindən biridir. İnsan özünü ölü bədəndə qalmış şüur kimi hiss edir. Yaranmış panika nəticəsində isə heç cürə yuxudan ayıla bilmir. Bu adətən […]

Sentyabr ayı üzrə pensiyalar tam ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu sentyabr ayına aid pensiya ödənişlərini yekunlaşdırıb. Məlumatda bildirilir ki, 10 sentyabrda Bakı, Sumqayıt, Abşeron və Naxçıvan MR-də, bu gün isə ölkənin digər bölgələrində yaşayan vətəndaşların avqust ayına aid pensiyaları, həmçinin güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq […]

Təhsil müəssisələrində yeni kadr seçimi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxana müdiri vəzifəsinə keçmək istəyənlər üçün qeydiyyat mərhələsinə start verilib. Məlumata görə, hazırda kitabxanaçı kimi çalışan və rəhbər vəzifəyə yüksəlmək arzusunda olan şəxslər 26 sentyabr 2025-ci il, saat 12:00-a qədər qeydiyyatdan keçə bilərlər. Namizədlər üçün müəyyən edilmiş şərtlərə əsasən, orta ixtisas təhsili olan şəxslərin […]

BMT Baş Assambleyasında mühüm açıqlama

Monako, Lüksemburq və Malta Fələstin dövlətini rəsmən tanıyan ölkələrin sırasına qoşulub. Bu barədə qərar həmin ölkələrin nümayəndələri tərəfindən BMT Baş Assambleyasında elan edilib. Məlumata görə, hazırda BMT-yə üzv dövlətlərin təxminən 80 faizi “iki xalq üçün iki dövlət” prinsipini dəstəkləyir. Son günlər ərzində Avstraliya, Böyük Britaniya, Kanada, Portuqaliya, Fransa və Belçika da Fələstin dövlətini tanıdıqlarını bəyan […]

“Azərbaycan Dəmir Yolları”nda struktur dəyişiklikləri

“Azərbaycan Dəmir Yolları” QSC-də aparılan yenidənqurma işləri çərçivəsində işçi ixtisarları həyata keçirilir. Yenilənən yol infrastrukturuna uyğun olaraq bəzi ara stansiyalar bağlanıb və həmin məntəqələrdə çalışan işçilərin müqavilələrinə xitam verilib. Məlumata görə, qərb, cənub və şimal istiqamətləri üzrə ümumilikdə 150-yə yaxın əməkdaş işdən çıxarılıb. Bir qisim işçilər digər vəzifələrə yönləndirilsə də, əksəriyyətinə əmək haqqının bir neçə […]

Dəhşətli yol qəzası

Şəki şəhərində baş verən ağır yol qəzası iki nəfərin həyatına son qoyub. Məlumata görə, şəhər sakini Turan Əzizli dostu Elvinlə birlikdə kafedə spirtli içki qəbul etdikdən sonra avtomobil idarə etməyə davam edib. Onlar yolda dayanaraq əlavə pivə də alıblar və içkili vəziyyətdə sükan arxasında hərəkəti davam etdiriblər. Sürət həddini aşan Turan Əzizli idarəetməni itirərək qarşı […]