Browsing daily archive

Sentyabr 16, 2025

MDU idarəetmə və tədris proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addım atdı.

Mingəçevir Dövlət Universiteti (MDU) idarəetmə və tədris proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində daha bir mühüm addım atır. Belə ki, adıçəkilən ali təhsi ocağı rəsmi olaraq ISO 9001:2015 – Keyfiyyətin İdarəedilməsi Sistemi və ISO 21001:2018 – Təhsil Təşkilatları üçün İdarəetmə Sistemi üzrə beynəlxalq sertifikatların əldə olunması prosesinə başlayıb. Mİ-NEWS.az xəbər verir ki, hazırda MDU-da universitetin bütün […]

Azərbaycan “İnterviziya” müsabiqəsində iştirakdan imtina etdi

Azərbaycan sentyabrın 20-də Moskvada baş tutacaq “İnterviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi tərəfindən bildirilib ki, Azərbaycan ilkin dəvətdən imtina edib. Eyni zamanda Ermənistanın hələ də iştirakını rəsmiləşdirmədiyi qeyd olunur. Müsabiqədə 20-dən çox ölkənin yer alacağı gözlənilir. Hazırda iştirakını təsdiqləyən dövlətlər arasında Rusiya, Belarus, Venesuela, Vyetnam, Misir, Hindistan, Qazaxıstan, Qətər, Çin, […]

Həkim xəbərdarlıq edir

Hər kəs meyvələri sağlam qida hesab edir, amma bəzi növlərin həddindən artıq istehlakı sağlamlıq üçün risk yarada bilər. Tanınmış endokrinoloq Gülnara Filatova bildirir ki, üzüm, banan və qarpız xüsusilə diqqətlə qəbul olunmalıdır. Üzüm: Qlükoza və fruktoza ilə zəngin olduğu üçün qan şəkərini sürətlə yüksəldə bilər, mədəaltı vəz və qaraciyər üçün əlavə yük yaradır. Banan: Yüksək […]

İmtahan sualları və kurikulum – DİM izah edir

Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə son vaxtlar müzakirə olunan “imtahan sualları dərsliklərlə uyğun deyil” iddialarına münasibət bildirib. Onun sözlərinə görə, tapşırıqların dərslikdən fərqli olması uşaqların oxuyub-anlama və analiz bacarıqlarını yoxlamaq məqsədi daşıyır. Abbaszadə vurğulayıb ki, Milli Kurikulum 2009-cu ildən etibarən rəsmi sənəd kimi qəbul olunub və dərsliklər buna uyğun hazırlanır. Lakin imtahan sualları yalnız […]

Regionda yeni siyasi mərhələ

Vaşinqtonda 8 avqust tarixində Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmalardan sonra bölgədə sülhün möhkəmləndirilməsi istiqamətində yeni mərhələ başlayıb. Bu proses fonunda Ermənistan həm Azərbaycanla münasibətlərin normallaşmasına, həm də region dövlətləri – xüsusilə Türkiyə və Pakistanla əlaqələrin inkişafına maraq göstərir. İrəvanın əsas prioritetlərindən biri Türkiyə ilə sərhədlərin açılmasıdır. Ankara isə bu məsələdə mövqeyini aydın […]

Azərbaycanda əməkhaqqı yüksəlir

2026-cı ildə ölkədə muzdla çalışanların orta aylıq əməkhaqqısının 1 170,8 manata çatacağı gözlənilir. Bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin dövlət və icmal büdcəsinə dair ilkin proqnozlarında məlumat verilir. Rəsmi açıqlamaya əsasən, əməkhaqqı artımı növbəti illərdə də davam edəcək: 2027-ci ildə – 1 246,8 manat, 2028-ci ildə – 1 327,6 manat, 2029-cu ildə isə – 1 […]

2026-cı ilin dövlət büdcəsi açıqlandı

Maliyyə Nazirliyi 2026-cı il üçün dövlət büdcəsinin ilkin göstəricilərini təqdim edib. Sənədə əsasən, gələn ilin büdcə gəlirləri 38 milyard 423 milyon manat həcmində proqnozlaşdırılır. Bu, 2025-ci ilin təsdiqlənmiş planı ilə müqayisədə 67 milyon manat və ya 0,2 faiz çoxdur. Büdcə xərclərinin isə 41 milyard 548,6 milyon manat təşkil edəcəyi gözlənilir. Bu rəqəm cari illə müqayisədə […]

Müəllimlərin maaşına əlavələr tətbiq olunur

2022-ci ildən tətbiq olunan sertifikasiya prosesi bu il də davam etdirilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun sözlərinə görə, bu mərhələyə ilk dəfə olaraq 2 minə yaxın yeni fənn müəllimi qoşulub. Məlumat verilib ki, imtahanı uğurla başa vuran müəllimlərin əməkhaqlarına 15 sentyabrdan etibarən əlavə ödənişlər tətbiq olunmağa başlanıb. Hazırda artımla maaş […]