Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə gənclərin inkişafına yönəlmiş “Uğur yolu – Uğuru birlikdə izləyək!” adlı layihə uğurla həyata keçirilib.
Layihə çərçivəsində MOOC.ORG platformasından əldə edilən “Uğurun öyrənilməsi” adlı şəxsi inkişaf kursu Azərbaycan dilinə tərcümə olunaraq YouTube üzərindən ödənişsiz şəkildə geniş auditoriyaya təqdim edilib. Kurs əsasında hazırlanan 6 videoməzmun gənclərin maariflənməsinə xidmət etməklə yanaşı, onların şəxsi inkişaf istiqamətində yeni bilik və bacarıqlar əldə etməsinə imkan yaradıb. Layihə çərçivəsində təşkil olunan təlimlərdə 100-dən çox gənc bu […]