Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Əsrimizin peşəsi – danışır gənclər!” adlı layihə uğurla həyata keçirilib.
Layihə çərçivəsində müasir sahələr üzrə tanınmış mütəxəssislərin iştirakı ilə 5 podkast buraxılışı hazırlanaraq YouTube platformasında geniş auditoriyaya təqdim olunub. Müasir dövrdə gənclərin qısa və interaktiv məzmun vasitəsilə bilik əldə etməsinə dəstək olmaq məqsədilə hazırlanan bu podkastlar brend strategiyası, məzmun yaradıcılığı, rəqəmsal marketinq və digər innovativ ixtisaslarla bağlı faydalı məlumatları əhatə edib. Layihənin əsas məqsədi gənclərin […]