Browsing daily archive

Sentyabr 11, 2025

Ermənistan parlamentinin sədri: Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni məhsulları satılacaq

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana “Tramp marşrutu” üzrə maneəsiz yolun açılması barədə jurnalistlərin sualını cavablandırarkən bildirib ki, artıq skanerlər mövcuddur və maşınlar onlardan keçəcək. Simonyan iki ölkə arasında münasibətlərin tədricən normallaşdığını, lakin hələ yaraların təzə olduğunu qeyd edib:“Gərginlik var, həm bizim, həm də onların tərəfində yaralar hələ sağalmayıb. Söhbət həm də bir-birimizlə üzbəüz ünsiyyətin […]

Bakıdakı tarixi abidədən qanunsuz istifadəyə son qoyuldu

Bakı şəhərində yerləşən tarixi memarlıq abidələrinə keçirilən yoxlamalar zamanı Yasamal rayonu, Zərgərpalan küçəsi 48 ünvanında yerləşən və dövlət tərəfindən qorunan (inventar nömrəsi 3574) hamamın icazəsiz istifadə edildiyi aşkarlanıb. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat verib ki, aparılan araşdırma zamanı təqdim edilmiş icarə müqaviləsinin müddətinin bitdiyi müəyyən olunub. Qanunvericiliyə görə, tarixi və […]

MİQ-də iştirak edənlər nə qədər ödəniş edəcəklər

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Qanuna əsasən, müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak ödənişli olacaq. Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, hər il 45 minədək namizəd müsabiqəyə yazılır, lakin 10-12 min nəfər iştirakdan imtina edir. Bu isə əlavə xərclərə səbəb […]

72 mindən çox müəllim maaşı artımla alacaq – Nazir açıqladı

Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, gələn ildən bütün fənlər üzrə müəllimlər sertifikatlaşdırmadan keçəcəklər. Tarix, texnologiya, təsviri incəsənət və digər ixtisaslar da imtahan prosesinə daxil ediləcək. Nazir bildirib ki, artıq ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşdırma mərhələsi yekunlaşıb. Onun sözlərinə görə, cari ilin müsahibə mərhələsi bitdikdən sonra […]

MİQ imtahanında kimlər ödəniş verməyəcək?

Müəllimlərin işə qəbulu (MİQ) imtahanı ödənişli olacaq. Lakin qanun layihəsinə əsasən, bəzi şəxslər bu ödənişdən azad ediləcəklər. Milli Məclisin Elm və təhsil komitəsində müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik layihəsinə görə, ilk dəfə imtahanda iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alan ailə üzvləri, şəhid ailəsi üzvləri, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda […]

Azərbaycanda ilk dəfə qadın hərbi həkimlər hazırlanacaq

Azərbaycanda ilk dəfə Azərbaycan Tibb Universitetində (ATU) qız hərbi həkimlərin hazırlanmasına başlanılıb. Bu barədə universitetin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qız tələbələr oğlanlarla bərabər forma geyinəcək, təlimlərdə iştirak edəcək, rütbə alacaq və gələcəkdə güc strukturlarının tibb müəssisələrində işlə təmin olunacaqlar. ATU-nun Hərbi Tibb Fakültəsi 25 ildir fəaliyyət göstərir və ölkədə hərbi tibbi kadrların hazırlanması […]

Türkiyədə media qalmaqalı: İki telekanalın fəaliyyətinə məhdudiyyət qoyuldu

Türkiyədə “Can” Holdinqin rəhbərləri Mehmet Şakir Can, Kamal Can və Kənan Tekdağ da daxil olmaqla 10 nəfər Küçükçekmece Prokurorluğunun göstərişi ilə saxlanılıb. Onlara qarşı “cinayətkar dəstə yaratmaq”, “qaçaqmalçılıq”, “fırıldaqçılıq” və “çirkli pulların yuyulması” ittihamları irəli sürülüb. İstintaq çərçivəsində holdinqə məxsus bir sıra şirkətlər, eləcə də “Habertürk” və “Show TV” telekanallarına həbs qoyularaq Əmanətlərin Sığortalanması Fonduna […]