Browsing daily archive

Sentyabr 8, 2025

Azərbaycanda Süni İntellekt Akademiyası açıldı

Sentyabrın 8-də Bakıda Süni İntellekt Akademiyasının (AI Academy) açılış mərasimi keçirilib. Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər. Açılış mərasimində akademiyanın fəaliyyət planı, təhsil proqramları və ölkədə süni intellekt sahəsinin inkişafına dair qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verilib. İştirakçılar tədris mühiti ilə tanış […]

Rusiya və Hindistanın Azərbaycana dair ŞƏT planı – Deputatın açıqlaması

Milli Məclisin deputatı Sevinc Fətəliyeva Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünə veto qoymasına münasibət bildirib. Deputatın sözlərinə görə, Azərbaycanın xarici siyasətində dünya ölkələri və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq önəmli yer tutur və ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur. Sevinc Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik siyasət […]

Havanın temperaturu kəskin enəcək – Diqqət

Bu il yay mövsümünün ilk yarısı gözləniləndən daha sərin keçib. İyulun ortasına kimi tez-tez yağan yağışlar və güclü küləklər havanı xeyli dəyişib, ikinci yarıda isə istilər hiss olunmağa başlayıb. Ekoloq alim Telman Zeynalov bildirib ki, yaxın günlərdə havaların tədricən soyuması gözlənilir:“Artıq temperaturun enmə prosesi başlayıb. Payız əvvəlki illərlə müqayisədə nə çox isti, nə də sərt […]

Mal əti yenidən bahalaşdı

Bakıda və bəzi bölgələrdə mal ətinin qiyməti artıb. Paytaxtda ət 20 manata, bölgələrdə isə 17 manata satılır. Qəssablar qiymət artımının onların xeyrinə olmadığını bildirirlər. Onların sözlərinə görə, qiymət yüksəldikcə alıcı sayı azalır. Qiymət artımına əsas səbəb isə mal qıtlığıdır. Əvvəllər xaricdən gətirilən heyvanlar artıq bazara daxil olmur. Eyni zamanda, otun qiyməti və örüş sahələrinin azalması […]

İzmirdə polis idarəsinə silahlı hücum

Türkiyənin İzmir şəhərində polis idarəsinə hücum edilib. Hadisə barədə yerli KİV-lər məlumat yayıb. Bildirilib ki, hücum zamanı iki polis əməkdaşı həlak olub, daha bir nəfər isə ağır yaralanıb. İlkin məlumatlara görə, hadisəni 16 yaşlı gənc ov tüfəngi ilə törədib. Hücumla bağlı araşdırma aparılır.

Azərbaycan güləşçiləri Universiadada 8 medal qazandı

Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasında güləş yarışları başa çatıb. “Ruh Ordo” mədəniyyət mərkəzində təşkil olunan yarışlarda Azərbaycan idmançıları 8 medal əldə edib. Son gündə daha 4 güləşçimiz fəxri kürsüyə yüksəlib. Yunan-Roma güləşində Roman Kərimov (67 kq), sərbəst güləşdə isə Əşrəf Aşırov (86 kq) və Yusif Dursunov (125 kq) qızıl medal qazanıblar. Musa Ağayev […]

Ukrayna ordusundan yeni uğur: Donetskdə bir neçə yaşayış məntəqəsi azad edilib

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Volodimirivka qəsəbəsini Rusiya ordusundan azad edib. Məlumatı Ukraynanın “DeepState” monitorinq qrupu yayıb. Bildirilib ki, Ukrayna ordusu Rusiya qüvvələrini Donetsk vilayətinin Razine, Zoloti Kolodyaz və Novotoretske yaşayış məntəqələri ətrafından da geri çəkilməyə məcbur edib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə əlavə edib ki, Müdafiə Qüvvələri Donetsk vilayətinin Zariçne kəndi üzərində tam […]

Universitetlərə qəbul olan abituriyentlər üçün qeydiyyat bu gün başa çatır

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ali məktəblərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün – 8 sentyabr saat 18:00-da yekunlaşır. Abituriyentlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Qeydiyyat prosesi ilə bağlı bütün sualları həmin portal vasitəsilə dəqiqləşdirmək mümkündür. Müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməyən şəxslər müvafiq ixtisasdan […]