Browsing daily archive

Sentyabr 1, 2025

Gedişhaqqının artırılması ilə bağlı yayılan məlumatlara rəsmi açıqlama

Son günlər bəzi xəbər portallarında və sosial şəbəkələrdə ictimai nəqliyyatda gedişhaqqının 1 manat olacağı barədə məlumatlar yayılıb. Bu xəbərlərdə xərclərin artması, texniki xidmət və ehtiyat hissələrinin qiymətlərinin bahalaşması əsas səbəblər kimi göstərilir. Lakin rəsmi açıqlama hələ verilməyib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirib ki, ictimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir […]

Tiencində Azərbaycan və Pakistan liderlərinin görüşü – qardaşlıq və həmrəylik mesajı

Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin görüşü keçirilib. Söhbət zamanı Pakistanın Baş naziri, Hindistanın bu ilin aprel-may aylarında həyata keçirdiyi hərbi təcavüz zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyin xalqı və dövləti üçün böyük mənəvi dayaq olduğunu vurğulayıb. O, bu həmrəyliyə görə Azərbaycan xalqına və dövlət başçısına dərin […]

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Tiencində görüşdülər

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib. Görüşdə qardaşlıq və strateji müttəfiqliyə əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə, xüsusilə enerji və nəqliyyat sektorlarında daha da genişləndirilməsindən məmnunluq ifadə edilib. Söhbət zamanı SOCAR ilə Türkiyənin “Botaş” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Bu kontekstdə Azərbaycan […]

MİQ namizədləri üçün son şans

Müəllimlərin işə qəbulu (MİQ) müsahibə mərhələsində uğur qazana bilməyən namizədlərin apellyasiya müraciətlərinin qəbulu sentyabrın 1-i saat 18:00-da yekunlaşacaq. Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb. Bildirilir ki, apellyasiya müsahibələri onlayn formatda təşkil olunacaq. Namizədlər şəxsi səhifələrinə daxil olaraq elektron poçt ünvanlarını düzgün qeyd etməli və göndərilən link vasitəsilə müsahibədə iştiraklarını təsdiq etməlidirlər. Elektron […]