Browsing monthly archive

Sentyabr 2025

Mingəçevirdə qadın sirkə turşusundan zəhərləndi

Mingəçevir şəhərində zəhərlənmə hadisəsi qeydə alınıb. Hadisə Çimərlik yolu ərazisində yerləşən fərdi yaşayış evində baş verib. Məlumata görə, uzun müddətdir nevroloji xəstəlikdən əziyyət çəkən, 1958-ci il təvəllüdlü Məleykə Rzayeva ehtiyatsızlıq nəticəsində sirkə turşusu qəbul edib. Nəticədə o, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda qadının vəziyyəti həkimlərin nəzarəti altındadır. Faktla bağlı araşdırma aparılır.

Kosmosda aktivlik yüksəlir

Son üç ay ərzində Yer kürəsində ən güclü maqnit qasırğası başlayıb. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov bildirib ki, geomaqnit aktivlik indeksi Kp 7.33-ə yüksəlib və bu G3+ kateqoriyalı maqnit qasırğasına uyğundur. Boqaçov əlavə edib ki, oxşar hadisə sonuncu dəfə bu ilin iyunun 1-də Günəş protuberansının birbaşa Yerə təsiri […]

Azərbaycanda müflisləşmə qanunu yenidən gündəmdə

Azərbaycanda “Müflisləşmə və iflas haqqında” qanun borclu şəxslərin iqtisadi vəziyyətini sabitləşdirmək və onları yenidən bazara qaytarmaq məqsədilə hazırlanıb. Lakin deputat Razi Nurullayevin sözlərinə görə, hazırkı qanun bu məqsədə tam xidmət etmir. Nurullayev Milli Məclisin plenar iclasında qeyd edib ki, iqtisadi şərait və müflisləşmə prosedurlarına olan ehtiyac zamanla dəyişib. “Qanunun digər ölkələrdəki müflisləşmə və iflas qanunları […]

Milli Məclisdə payız sessiyası başladı

Bu gün Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib. Sessiyanın gündəliyinə 12 vacib məsələ daxil edilib: Vətən müharibəsinin başlanmasının 5-ci ildönümü ilə bağlı Milli Məclisin bəyanatının təsdiqi. 2025-ci il payız sessiyasının qanunvericilik işləri planının qəbul edilməsi. Ombudsman haqqında Konstitusiya qanununda dəyişikliklərin ikinci oxunuşda müzakirəsi. Ozon qatını dağıdan maddələr və Kiqali Düzəlişinin təsdiqi ilə bağlı qanun […]

II MDB Oyunları: Azərbaycan üzgüçülərindən qızıl və bürünc sevinci

III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında keçirilən üzgüçülük yarışlarında Azərbaycan idmançıları uğurla çıxış ediblər.400 metr məsafədə qarışıq üsulla üzməkdə millimizin üzvü Oqtay Hüseynov birinci yeri tutaraq qızıl medal qazanıb. İkinciliyə rusiyalı İlya Yamşanov, üçüncülüyə isə belaruslu Maksim Malışka layiq görülüb. Digər məsafədə də təmsilçimiz medal sevinci yaşadıb. 200 metr bras üsulu ilə üzmək yarışında […]

Rusiya: Cənubi Qafqazda sülh və sabitlik bizim dəyişməz prioritetimizdir

“Rusiyanın xarici siyasətində Cənubi Qafqazda sülhün və sabitliyin qorunması dəyişməz əsas prioritetlərdən biridir. Bu səbəbdən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləyirik”. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli mətbuata açıqlamasında deyib. Diplomat qeyd edib ki, “Tramp yolu” və ya Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın mövqeyi yalnız layihənin həyata keçirilmə detallarından sonra müəyyən […]

Azərbaycan neftinin qiyməti enib

Dünya bazarlarında aparılan ticarət əməliyyatlarının nəticəsinə görə, Azərbaycan neftinin qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 4,21 faiz azalaraq 70,65 ABŞ dollarına düşüb. Xatırladaq ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

III MDB Oyunlarında həyəcan davam edir – Bu gün 7 idman növündə mübarizə

Azərbaycanda keçirilən III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar baş tutacaq. Çövkən üzrə millimiz A qrupundakı ikinci oyununda Küveyt yığması ilə qarşılaşacaq. Şəki şəhər stadionunda keçiriləcək matç saat 12:30-da başlayacaq. Bundan əlavə, Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışlarına start veriləcək. Qəbələ Atıcılıq Mərkəzində stend atıcılığı üzrə mübarizə davam edəcək. Gəncə İdman Sarayında […]

Azərbaycanda güclü külək və leysan gözlənilir – FHN əhaliyə xəbərdarlıq etdi

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşamdan etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit olacağı proqnozlaşdırılır. Növbəti günlərdə arabir güclü külək əsəcək, bəzi bölgələrdə leysan xarakterli intensiv yağış yağacaq, dağ çaylarından isə qısamüddətli sel və daşqın keçəcəyi gözlənilir. Həmçinin şimşək çaxacağı ehtimalı da var. Fövqəladə Hallar Nazirliyi (FHN) əhalini diqqətli olmağa çağıraraq təhlükəsizlik qaydalarını xatırladıb. […]

Azərbaycan Sidney Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

Avstraliyanın Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresi (IAC 2025) dünyanın 89 ölkəsinin nümayəndələrini bir araya gətirib. Tədbirdə Azərbaycan da ən geniş tərkibli nümayəndə heyətlərindən biri ilə iştirak edir. “Azərkosmos”un təşkilatçılığı ilə baş tutan mötəbər tədbirdə tanınmış azərbaycanlı alimlər, təcrübəli pedaqoqlar və ölkənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən gənc tədqiqatçılar çıxış edirlər. Qarabağ Universiteti […]