Sumqayıtda təhlükəli tapıntı
Sumqayıt şəhərinin Yaşma bağları adlanan ərazisində hərbi sursat aşkarlanıb. Hadisə barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olub. Əraziyə dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu göndərilib. Hüquq-mühafizə orqanları ilə birgə təhlükəsizlik tədbirləri həyata keçirildikdən sonra aparılan baxış zamanı sursatın 1 ədəd 152 millimetrlik BR530 tipli zirehdələn top mərmisi […]