Browsing monthly archive

Avqust 2025

Şəhidlər xiyabanında qeyri-etik hərəkət: əcnəbilər saxlanılıb

Bakıda bir qrup xarici vətəndaş Şəhidlər xiyabanında hörmətsiz davranış nümayiş etdirib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Polis artıq həmin şəxsləri saxlayıb və hazırda araşdırma aparılır. Onların hərəkətlərinə qanuni qiymət veriləcək. Milli Məclisin üzvü Arzuxan Əlizadə bildirib ki, bu hadisəni törədənlərin ərəb vətəndaşları olduğu ehtimal edilir. Deputat vurğulayıb ki, Azərbaycana gələn hər bir əcnəbi dövlətimizin qanunlarına […]

Azərbaycanda 18 yaşından aşağı 185 qadın nikaha daxil olub

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 18 yaşı tamam olmamış 185 qadın rəsmi nikaha daxil olub. Kişilər arasında isə belə hallar qeydə alınmayıb. Qanunvericiliyə əsasən, ölkədə nikah yaşı 18 olaraq müəyyən edilib. Lakin ötən il qüvvədə olan Ailə Məcəlləsinə görə, üzrlü hallarda bu yaş həddi 1 il azaldıla bilirdi. Həmin istisna bu ildən […]

İxtisas seçiminə son 1 gün qaldı

Ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimi mərhələsinin başa çatmasına cəmi bir gün qalıb. Elm və Təhsil Nazirliyinin verdiyi məlumata görə, 18 avqust saat 09:15-ə olan statistikaya əsasən, indiyədək 72 min 758 abituriyent (o cümlədən subbakalavr) elektron ərizəsini təsdiqləyib. Qruplar üzrə göstəricilər belədir: I qrup – 19 min 998 nəfər II qrup – 16 min […]

Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına uyğun olaraq, avqustun 17-də Azərbaycan Ordusunun müxtəlif hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Mərasimlər döyüş bayraqlarının sıra meydanına gətirilməsi və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının […]

Paşinyan iki ifadəsinə görə üzr istədi

Ermənistanın Baş naziri Nikol Paşinyan Korrupsiyaya Qarşı Mübarizə Komissiyası tərəfindən çıxışının bəzi hissələrinin davranış kodeksinə uyğun olmadığı barədə qərar verildikdən sonra ictimaiyyətə üzr müraciəti yayıb. Sosial şəbəkədə yayımlanan açıqlamada Paşinyan vurğulayıb ki, qərarın bir sıra dəyərləndirmələri ilə tam razılaşmasa da, həmin iki konkret epizodla bağlı hər kəsdən üzr istəyir. O bildirib ki, üzrxahlıq Komissiyanın qərarında […]

Putin-Tramp təklifi Zelenski tərəfindən rədd edildi

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın sabiq prezidenti Donald Trampla apardığı danışıqlarda Ukrayna müharibəsinin dayandırılması ilə bağlı yeni təklif irəli sürüb. Məlumata görə, Moskva Zaporojya və Xerson vilayətlərində cəbhə xəttinin dondurulması müqabilində Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin bütün ərazisindən tamamilə çıxmasını tələb edib. Putinin təklifi bununla yekunlaşmır. Kreml münaqişənin əsas səbəbi kimi göstərdiyi məsələlərin – Ukraynanın […]

Çanaqqalada meşə yanğını səbəbindən kəndlər təxliyə olundu

Türkiyənin Çanaqqala vilayətinin Gelibolu rayonu ərazisində genişmiqyaslı meşə yanğını baş verib. Küləyin təsiri ilə alovun sürətlə yayılması səbəbindən Eceabat və Yolağzı kəndlərinin sakinləri təhlükəsizlik məqsədilə təxliyə olunublar. Bu barədə vilayətin valisi Ömer Toraman məlumat verib. Onun sözlərinə görə, yanğının söndürülməsi üçün havadan və qurudan intensiv müdaxilə həyata keçirilir. Hadisə yerinə 12 helikopter, 12 yanğınsöndürən təyyarə, […]

Mingəçevirdə ara yollar yenilənir

Mingəçevir şəhərində küçə və döngələrin yenilənməsi istiqamətində aparılan işlər davam etdirilir. Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq təmirə ehtiyacı olan yollar növbəlilik prinsipi üzrə müəyyən edilərək asfaltlanır. Son aylarda Samux, 20 Yanvar, Sabir, Nəsimi, Şah İsmayıl Xətai və Ruşanov küçələrində yol əsasının bərpası və asfalt örtüyünün döşənməsi həyata keçirilib. İşlərə başlamazdan əvvəl torpaq yolun […]

Mingəçevirdə səyyar qəbul – Energetiklər massivində sakinlərin müraciətləri dinlənildi

Avqustun 14-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov energetiklər yaşayış massivində sakinlərlə növbəti səyyar görüş keçirib. Y.Mansurov küçəsində yerləşən 15 saylı binanın qarşısında baş tutmuş görüşdə şəhər prokuroru, polis idarəsinin rəhbərliyi, bələdiyyə və kommunal xidmət müəssisələrinin təmsilçiləri, həmçinin ictimaiyyət və media nümayəndələri iştirak ediblər. İlham İsmayılov çıxışında Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə vətəndaşlarla […]

Rektor Anar Eminov şəhid Şahmar Məmmədovun övladı ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov ixtisas seçimi müsabiqəsində MDU-da təhsil almaq istəyən, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Şahmar Məmmədovun övladı Tamella Məmmədova və onun valideyni Aliyə Məmmədova ilə görüşüb. Görüş zamanı rektor A.Eminov Tamella Məmmədovaya MDU-ya göstərdiyi diqqət və marağa görə təşəkkürünü bildirib, onun təhsil həyatında uğurlar qazanacağına inandığını vurğulayıb. Qeyd edilib ki, […]