Browsing monthly archive

Avqust 2025

İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq?

2025-ci il üzrə ixtisas seçimi bütün qruplar üzrə avqustun 11-dən 19-dək davam edib. Abituriyentləri isə ən çox maraqlandıran sual – nəticələrin nə vaxt elan olunacağıdır. Əvvəlki illərin təcrübəsinə əsasən, Dövlət İmtahan Mərkəzi seçim başa çatdıqdan sonra 3 iş günü ərzində nəticələri açıqlayır. Bu da o deməkdir ki, abituriyentlər cavabları bu həftə ərzində öyrənə biləcəklər. Rəqəmlərə […]

Temperatur yenidən yüksəlir

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Paytaxtda gecə 21-25, gündüz isə 29-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 40-45% təşkil edəcək. Ölkənin […]

Magistratura pilləsinə maraq azalır

Son illərdə Azərbaycanda ali təhsilin magistratura mərhələsinə marağın kəskin şəkildə zəiflədiyi rəsmi rəqəmlərdə də özünü göstərir. 2025-ci ildə keçirilən magistraturaya qəbul imtahanlarının nəticələri bu vəziyyətin açıq sübutudur. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına əsasən, mövcud 3700 vakant yerə (onlardan 1200-ü dövlət sifarişi ilə) cəmi 1418 namizəd müraciət edib. Onların arasından sadəcə 617 nəfər qəbul olunub. Ən […]

MİQ-də yeni mərhələ: minlərlə namizəd müsahibəyə qatılacaq

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsində təxminən 4 min namizədin iştirakı nəzərdə tutulur. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli açıqlama verib. Onun sözlərinə görə, müsahibələrdə müəllim namizədlərinin peşə hazırlığı, psixoloji durumu və dünyagörüşü xüsusi proqram əsasında komissiya tərəfindən qiymətləndiriləcək. Avqustun 22-dən başlayacaq […]

Mingəçevirdə köhnə avtobuslar narazılıq doğurur

Mingəçevirdə ictimai nəqliyyatda ən böyük narazılıqlardan biri köhnə avtobuslarla bağlıdır. Şəhərdə müxtəlif istiqamətlər üzrə marşrut xətləri fəaliyyət göstərsə də, həmin xətlərdə işləyən nəqliyyat vasitələrinin əksəriyyəti artıq istifadəyə yararsız hala düşüb. Xüsusilə 7 və 8 saylı marşrutlarda hərəkət edən avtobus və mikroavtobusların böyük hissəsi köhnədir. Salonlarda kondisioner və havalandırma sistemi yoxdur, texniki vəziyyət isə sərnişinləri ciddi […]

Avqustun 20-si üçün hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidməti avqustun 20-si üçün ölkə üzrə hava şəraiti barədə məlumat yayıb. Xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq, yağış ehtimalı azdır. Səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağışın düşməsi mümkündür. Şimal-şərq küləyi mülayim sürətlə əsəcək. Havanın temperaturu gecə +22-dən +25 °C, gündüz isə +29-dan +34 °C arasında dəyişəcək. Atmosfer təzyiqi […]

Türkiyədə “hər şey daxil” sisteminə son – Azərbaycanda da tətbiq edilə bilərmi?

Türkiyədə qida israfının qarşısını almaq üçün hotellər və restoranlarda “hər şey daxil” sisteminin menyu əsaslı model ilə əvəzlənməsi məsələsi gündəmə gəlib. Türkiyə Prezidenti yanında Kənd Təsərrüfatı və Ərzaq Siyasəti Şurası yaxın vaxtlarda bu istiqamətdə qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşır. Maraqlıdır, bu model Azərbaycanda da tətbiq oluna bilərmi? Mövzu ilə bağlı DAİR Otellər və Restoranlar […]

Makron: “Putin hələ sülhə hazır görünmür”

Fransa Prezidenti Emmanuel Makron Ukraynada davam edən müharibə ilə bağlı çıxış edərək, Rusiya Prezidenti Vladimir Putinin sülh razılaşmasına hazır olmadığı qənaətində olduğunu deyib. O, Ağ Evdə keçirilən danışıqlardan sonra “NBC News”a verdiyi müsahibədə vəziyyəti təhlil edərək belə nəticəyə gəldiyini bildirib. Makronun sözlərinə görə, ABŞ və tərəfdaş ölkələr Rusiyaya təzyiqləri artırmalıdır:“Əgər Putin və Ukrayna Prezidenti Volodimir […]

Məktəbəhazırlıq qruplarına maraq artır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına əsasən, avqustun 18-i, saat 10:00-a qədər ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 23 046 uşaq elektron qeydiyyatdan keçib. Onlardan 19 800 nəfəri üçün aktiv sorğu yerləşdirilib. Valideynlər və ya uşaqların digər qanuni nümayəndələri mektebeqebul.edu.az portalı vasitəsilə, öz və övladlarının şəxsiyyət vəsiqəsi ilə qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər. Azərbaycan bölməsi […]

Gözdə ət artımı əməliyyatları icbari tibbi sığorta ilə aparılır

Gözdə ət artımı, yəni pterigium xəstəliyinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta vasitəsilə təmin edilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Sevil Əliyeva bildirib ki, gözdə bir çox əməliyyatlar sığorta hesabına həyata keçirilir. Bunlar arasında katarakra, qlaukoma, çərgözlük və göz dibindəki əməliyyatlar da var. Pterigium əməliyyatı öncəsi ixtisaslı həkim […]