Browsing monthly archive

Avqust 2025

Banklarda yeni dövr: Keşbeklər azalır, müştərilərin vərdişləri qalır

Bankların illərlə müştəriləri cəlb etmək üçün istifadə etdiyi “keşbek” kampaniyaları getdikcə zəifləyir. Bu sistemin mahiyyəti kartla ödəniş zamanı müəyyən faizlə pulun geri qaytarılması idi. İlk mərhələdə həm bank kartlarına marağı artırır, həm də nağdsız ödənişləri stimullaşdırırdı. Son aylarda isə banklar keşbek faizlərini minimuma endiriblər. Əvvəllər mağaza, yanacaqdoldurma məntəqəsi və restoranlarda yüksək faizlə geri ödəniş təklif […]

Azərbaycanda sosial müavinət alanların sayı açıqlandı

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il iyulun 1-i vəziyyətinə ölkədə sosial müavinət alanların sayı artıb. Belə ki, yaşa görə müavinət alanların sayı 166,2 min nəfər təşkil edib (ötən ilin müvafiq dövründə – 152,1 min nəfər). Əlilliyə görə müavinət alanların sayı isə 221,2 min nəfər olub ki, onların 42,1 mini əlilliyi olan uşaqlardır. Ailə başçısını […]

Simsiz texnologiyanın gizli riski

Simsiz qulaqcıqlar və görünməyən təhlükə: DNT zədələnməsi və sağlamlıq riskləri Texnologiyanın inkişafı ilə simsiz qulaqcıqlar, “bluetooth” saatlar və digər geyilə bilən cihazlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Rahatlığına görə sürətlə populyarlaşan bu cihazların sağlamlığa təsirləri isə hələ də ciddi müzakirə mövzusudur. Nə üçün təhlükəlidirlər? Simsiz qulaqcıqlar radiotezlik radiasiyası adlanan elektromaqnit dalğaları yayır. Beynəlxalq Xərçəng Araşdırmaları […]

Universitetlərdə 3 mindən çox boş yer qaldı

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində ümumilikdə 88 min 756 nəfər iştirak edib. Onlardan 57 min 236 nəfər (o cümlədən 6461 subbakalavr) tələbə adını qazanıb. Nəticələrə görə, universitetlərdə 3 min 100-dən artıq boş yer mövcuddur. Qruplar üzrə vəziyyət belədir: I qrup – 20 385 yerdən 18 432-si dolub, 1953 boş yer qalıb. II qrup – […]

Komada həyat: bədən yatır, amma beyin bəzən hər şeyi eşidir

İnsan komada neçə gün, hətta aylarla qala bilər. Bu müddətdə onun nə hiss etdiyini, nələri dərk edib-etmədiyini həkimlər də tam izah edə bilmir. Amma bu vəziyyəti yaşamış insanların xatirələri həmin anlarda beyində və şüurda baş verənləri az da olsa anlamağa imkan verir. Komada nə baş verir? Bir çoxları komanı sadəcə huşunu itirmə və ya dərin […]

Rusiya Ermənistandan gətirilən məhsulları geri qaytardı

Rusiya bazarına göndərilən Ermənistan mənşəli kənd təsərrüfatı məhsullarının böyük bir hissəsi geri qaytarılıb. Yerli mediada yayılan xəbərlərə görə, gavalı, şaftalı və üzüm daşıyan yüzlərlə yük maşını sərhəd məntəqəsindən geri dönüb. Rusiya tərəfi məhsulların fitosanitar normalara cavab vermədiyini əsas gətirsə də, Ermənistan parlamentinin deputatı Qarnik Daniyelyan bu məsələnin yalnız iqtisadi deyil, həm də siyasi məzmun daşıdığını […]

Kəlbəcərdə ilk DOST məntəqəsi sakinlərin istifadəsinə verildi

Kəlbəcər rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə yeni DOST məntəqəsi fəaliyyətə başlayıb. Məntəqə Kəlbəcərə köçən sakinlərə dövlət sosial xidmətlərinə rahat və şəffaf mexanizmlər əsasında çıxış imkanı təqdim edəcək. Mərkəzdə vətəndaşlara sosial xidmətlər “bir pəncərə” prinsipi ilə, çevik və müasir üsullarla göstəriləcək. Layihə mobillik və konstruktivlik elementləri əsasında hazırlanaraq müasir tələblərə uyğun şəkildə […]

Ali məktəblərə qəbul nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulun nəticələrini açıqlayıb. İmtahanda iştirak edən 88 mindən çox abituriyentdən 57 min 236 nəfər (onlardan 6 min 461 nəfəri subbakalavr) tələbə adını qazanıb. Qəbul olunanların 27 min 956 nəfəri dövlət sifarişi, 29 min 280 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Nəticələr DİM-in rəsmi saytında, […]

İran rəhbərliyi arasında Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılığı

Erməni politoloq Benjamin Poqosyanın sözlərinə görə, İran rəhbərliyində Zəngəzur dəhlizinə münasibətdə yekdil mövqe yoxdur. O bildirib ki, Ali Rəhbər Əli Xameneiyə yaxın çevrələr və SEPAH sərt açıqlamalar versə də, Prezident Məsud Pezeşkian və xarici işlər naziri Əraqçi daha yumşaq mövqe sərgiləyiblər. Onlar dəhlizin Ermənistanın yurisdiksiyasında qalacağını əsas gətirərək, bunun İranın “qırmızı xətlərinə” uyğun olduğunu vurğulayırlar. […]

Dönər təhlükəsizliyi ilə bağlı yeni xəbərdarlıq

Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarları bir daha qida təhlükəsizliyi normalarına əməl etməyə səsləyib. Qurumun məlumatında vurğulanır ki, xüsusilə dönər hazırlayan müəssisələrdə sanitar-gigiyenik qaydalara ciddi riayət olunmalıdır. Bildirilir ki, dönər üçün istifadə olunan ət yalnız baytarlıq-sanitariya ekspertizasından keçdikdən sonra satışa buraxıla bilər. Dondurulmuş çiy dönərin daşınması və saxlanması +1°C ilə +4°C arasında […]