Browsing daily archive

Avqust 29, 2025

Sabaha olan temperatur

Sabah Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava gözlənilir. Gündüz şimal-qərb küləyi cənub-şərq istiqamətindən əsən küləklə əvəz olunacaq. Milli Hidrometeorologiya Xidməti bildirib ki, temperatur gecə 21-25, gündüz 31-36 dərəcə civarında olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 35-45 % təşkil edəcək. Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi, gecə […]

Metroda gedişhaqqı 1 manat olacaq? – Rəsmi açıqlama

Bakı Metropoliteni QSC gedişhaqqının artırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. QSC sədrinin müşaviri Emil Əhmədov qeyd edib ki, mövzu müzakirə olunmaqdadır, lakin hələlik rəsmi qərar verilməyib. “Dünyada müxtəlif yanaşmalar mövcuddur: aylıq kartlar, bir səfərlik biletlər, tələbələr və sosial həssas qrupa daxil olanlar üçün fərqli tariflər. Bəzi ölkələrdə isə məsafədən asılı ödənişlər tətbiq olunur. Bu […]

İçməli sularda təhlükə – AQTA-dan əhaliyə xəbərdarlıq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) içməli sularla bağlı növbəti xəbərdarlıq yayıb. Qurumun məlumatına görə, iyul ayından etibarən ölkə üzrə su istehsalı müəssisələrində və küçələrdə quraşdırılmış modul tipli aparatlarda aparılan monitorinqlər zamanı ciddi uyğunsuzluqlar aşkarlanıb. Ümumilikdə 39 istehsal müəssisəsindən və 47 su aparatından götürülən nümunələr laboratoriyada yoxlanılıb. Nəticələr göstərib ki, 20 müəssisədən və 1 aparatdakı sularda […]

Azərbaycanda internet provayderlərinə etimad azalır

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib. Hesabata əsasən, 2025-ci ilin II rübündə “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlər təhlil olunub və indeks üzrə dinamika müəyyən edilib. Müqayisə üçün 2025-ci ilin I rübü üzrə göstəricilər də nəzərə alınıb. […]

Kiyevdə hava hücumlarının qurbanları anılır

Bu gün Ukraynanın paytaxtı Kiyevdə avqustun 28-də Rusiya ordusunun həyata keçirdiyi kütləvi hava hücumlarının qurbanlarının xatirəsinə matəm elan edilib. Bu barədə şəhər meri Vitali Kliçko məlumat verib. Məlumata görə, bütün bələdiyyə binalarında bayraqlar endirilib, həmçinin dövlət və özəl müəssisələrə də bayraqların endirilməsi tövsiyə olunub. Şəhərdə bu gün əyləncə xarakterli tədbirlərin keçirilməsi qadağan edilib. Xatırladaq ki, […]

9 illik bazadan kolleclərə qəbul üçün yeni seçim mərhələsi başladı

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 29-dan sentyabrın 3-dək ixtisas seçimi elan edib. Bu barədə qurum rəsmi məlumat yayıb. Məlumata görə, müsabiqədə iştirak üçün abituriyentlərin qəbul imtahanında topladıqları ümumi balın 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balın 20-dən, riyaziyyat […]