Browsing daily archive

Avqust 27, 2025

Ağdamda məcburi köçkünlər yeni evlərinə yerləşdirildi

Avqustun 27-də başlayan köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə uğurla çatıb. Bu mərhələdə ümumilikdə 104 ailə, yəni 370 nəfər, yeni tikilmiş fərdi yaşayış evlərinə yerləşdirilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarının Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçiləri iştirak edib, köçkünlərin yeni evlərə uyğunlaşmaları üçün dəstək […]

Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişindaşımalar bərpa olunur

Azərbaycan Dəmir Yolları (ADY) QSC avqustun 30-dan Bakı–Ağdam–Bakı istiqamətində sərnişin daşımalarına başlayır. Yeni marşrut İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “FLIRT” markalı müasir qatarlarla həyata keçiriləcək. Cədvələ əsasən, hər həftənin şənbə günü Bakıdan saat 07:10-da çıxan qatar 11:53-də Ağdama çatacaq. Geri dönüş isə saat 18:20-də Ağdamdan başlayacaq və 22:55-də Bakı Dəmiryol Vağzalında yekunlaşacaq. Sərnişinlər Bakı, Biləcəri, […]

Boş qalan plan yerləri üzrə ixtisas seçimi başlayır

Avqustun 28-dən sentyabrın 2-dək ali təhsil müəssisələrinin boş qalan yerləri üçün ixtisas seçimi həyata keçiriləcək. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, builki qəbul planı 96,27 faiz dolub. Bu mərhələdə əsas diqqət seçimlərin düzgün aparılmasına yönəlir. Təhsil eksperti Səbuhi Abdullayev bildirib ki, burada iki yanaşma ön plana çıxır: biri ali məktəbə qəbul olmaq istəyənlər, digəri isə yalnız […]

Dağıstanda zəlzələ baş verdi

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Dağıstanda 5,4 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı yerin 66 kilometr dərinliyində yerləşib. Zəlzələ Bakı vaxtı ilə saat 00:33-də baş verib. Hadisə Rusiyanın İzberbaş şəhərindən 28 kilometr şərqdə, Dərbənddən isə 51 kilometr şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Azərbaycanda Quba, Xınalıq, Qusar, […]