Browsing daily archive

Avqust 21, 2025

Xəzər Universitetində pestisidlərin təhlükələri müzakirə olundu

Azərbaycanda və regionda ekoloji təhlükələrin qarşısının alınması məqsədilə mühüm tədbirlər davam edir. Avqustun 15-də Xəzər Universitetində keçirilən dəyirmi masada pestisidlərin insan sağlamlığına və ətraf mühitə vurduğu ziyanlara diqqət çəkilib. Tədbir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə yaradılan “ToxicNet” Regional Şəbəkəsi çərçivəsində təşkil olunub. Dəyirmi masada əsas diqqət qalıq pestisidlərin ətraf mühitə vurduğu […]

ABŞ valideynlərini qorxudan saxta “Labubu”lar – ölümcül təhlükə xəbərdarlığı

ABŞ-də valideynlərə xəbərdarlıq edilib: son vaxtlar sürətlə yayılan saxta “Labubu” oyuncaqları uşaqlar üçün ciddi təhlükə yaradır. “Pop Mart” şirkətinin istehsalı olan yumşaq monstr fiqurları bu yay sosial şəbəkələrdə populyarlıq qazanaraq satış rekordları qırıb. Lakin yüksək tələbat səbəbindən bazara çoxlu sayda keyfiyyətsiz nüsxələr – “Lafufu” adlı saxta məhsullar daxil olub. Mütəxəssislərin sözlərinə görə, bu oyuncaqlar tez […]

Avqust ayının pensiyaları tam ödənildi

Dövlət Sosial Müdafiə Fondu avqust ayı üzrə pensiya ödənişlərini başa çatdırıb. Avqustun 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə bölgələrdə yaşayan vətəndaşların pensiyaları ödənilib. Güzəştli şərtlərlə təyin olunmuş pensiyalar da avqust ayı üzrə tam şəkildə köçürülüb. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə istənilən bankomatdan əldə edə bilərlər.

Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul oldu – onların uğur hekayəsi

Hər il gənc intellektlərimiz beynəlxalq fənn olimpiadalarında iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdirir, həm fərdi, həm də ölkəmiz adına qürurverici nailiyyətlər qazanırlar. Bu il ali məktəblərə müsabiqədənkənar qəbul hüququ əldə edənlər arasında Nəzrin Həsənova və Yunis İsayev də var. Onlar qazandıqları uğurlar, yarış təcrübələri və gələcək planları barədə fikirlərini bölüşüblər. Nəzrin Həsənova Kimya-biologiya […]

QHT-lər üçün 2026-cı ilin qrant müsabiqələri açıqlanacaq

Yaxın günlərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı ilə aid qrant müsabiqələrinin başlanacağını elan edəcək. Agentliyin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayevanın sözlərinə görə, QHT-lərin layihə təkliflərini hazırlamaları üçün iki ay müddət ayrılacaq. Qrantların maksimal məbləği kiçik layihələr üzrə 15 min, orta layihələr üzrə 30 min, böyük layihələr üzrə isə 50 min manat olacaq. Qarayeva […]

Gəncədə Memorial Kompleks inşa olunur

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə Memorial Kompleksində görülən işlərlə tanış olublar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlət başçısına və birinci xanıma layihə barədə ətraflı məlumat verib. Kompleksin təməli Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin yanvarında qoyulub. Burada 44 günlük Vətən müharibəsi zamanı Ermənistan ordusunun […]

İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq?

2025-ci il üzrə ixtisas seçimi bütün qruplar üzrə avqustun 11-dən 19-dək davam edib. Abituriyentləri isə ən çox maraqlandıran sual – nəticələrin nə vaxt elan olunacağıdır. Əvvəlki illərin təcrübəsinə əsasən, Dövlət İmtahan Mərkəzi seçim başa çatdıqdan sonra 3 iş günü ərzində nəticələri açıqlayır. Bu da o deməkdir ki, abituriyentlər cavabları bu həftə ərzində öyrənə biləcəklər. Rəqəmlərə […]