Browsing daily archive

Avqust 20, 2025

Temperatur yenidən yüksəlir

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Paytaxtda gecə 21-25, gündüz isə 29-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 40-45% təşkil edəcək. Ölkənin […]

Magistratura pilləsinə maraq azalır

Son illərdə Azərbaycanda ali təhsilin magistratura mərhələsinə marağın kəskin şəkildə zəiflədiyi rəsmi rəqəmlərdə də özünü göstərir. 2025-ci ildə keçirilən magistraturaya qəbul imtahanlarının nəticələri bu vəziyyətin açıq sübutudur. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına əsasən, mövcud 3700 vakant yerə (onlardan 1200-ü dövlət sifarişi ilə) cəmi 1418 namizəd müraciət edib. Onların arasından sadəcə 617 nəfər qəbul olunub. Ən […]

MİQ-də yeni mərhələ: minlərlə namizəd müsahibəyə qatılacaq

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsində təxminən 4 min namizədin iştirakı nəzərdə tutulur. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli açıqlama verib. Onun sözlərinə görə, müsahibələrdə müəllim namizədlərinin peşə hazırlığı, psixoloji durumu və dünyagörüşü xüsusi proqram əsasında komissiya tərəfindən qiymətləndiriləcək. Avqustun 22-dən başlayacaq […]

Mingəçevirdə köhnə avtobuslar narazılıq doğurur

Mingəçevirdə ictimai nəqliyyatda ən böyük narazılıqlardan biri köhnə avtobuslarla bağlıdır. Şəhərdə müxtəlif istiqamətlər üzrə marşrut xətləri fəaliyyət göstərsə də, həmin xətlərdə işləyən nəqliyyat vasitələrinin əksəriyyəti artıq istifadəyə yararsız hala düşüb. Xüsusilə 7 və 8 saylı marşrutlarda hərəkət edən avtobus və mikroavtobusların böyük hissəsi köhnədir. Salonlarda kondisioner və havalandırma sistemi yoxdur, texniki vəziyyət isə sərnişinləri ciddi […]