Gözdə ət artımı əməliyyatları icbari tibbi sığorta ilə aparılır
Gözdə ət artımı, yəni pterigium xəstəliyinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta vasitəsilə təmin edilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Sevil Əliyeva bildirib ki, gözdə bir çox əməliyyatlar sığorta hesabına həyata keçirilir. Bunlar arasında katarakra, qlaukoma, çərgözlük və göz dibindəki əməliyyatlar da var. Pterigium əməliyyatı öncəsi ixtisaslı həkim […]