Browsing daily archive

Avqust 6, 2025

“Konstitusiya və Suverenlik İli” çərçivəsində MIS-lərarası futbol yarışı keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan olunub. Bu münasibətlə müxtəlif sahələrdə silsilə tədbirlər həyata keçirilir. Həmin təşəbbüsə uyğun olaraq Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nəzdində fəaliyyət göstərən 8 və 14 saylı Mənzil-İstismar Sahələrinin (MİS) təşkilatçılığı ilə MIS-lərarası futbol yarışı baş tutub. […]

Kəlbəcərdə hərbi maşın minaya düşdü: 5 əsgər yaralandı

Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, hadisə Ermənistan silahlı qüvvələri tərəfindən əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində baş verib. Partlayış nəticəsində beş hərbi qulluqçumuz müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunublar. Həkim müdaxiləsi nəticəsində onların həyatları üçün təhlükə olmadığı bildirilib. Hadisə ilə bağlı araşdırma başladılıb. Baş Prokurorluğun verdiyi açıqlamaya görə, faktla əlaqədar […]

Vaşinqtonda Zəngəzur dəhlizi məsələsi gündəmə gələ bilər

Məlumata görə, tərəflər ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə baş tutacaq görüşdə bir sıra mühüm məsələlərlə yanaşı, regional nəqliyyat-kommunikasiya xəritəsində mühüm yer tutan Zəngəzur dəhlizi ilə bağlı mövqelərini ortaya qoyacaqlar. İddialara əsasən, Azərbaycan Prezidenti İlham Əliyev bu dəhlizin açılması ilə bağlı ölkəsinin qəti mövqeyini bir daha bəyan edəcək. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu […]