Browsing monthly archive

Aprel 2025

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2025-ci il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Anar Nazim oğlu Eminov universitetin kollektivinə təqdim edilib. Rektoru kollektivə təqdim edən Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müavini İdris İsayev Anar Eminovun iş təcrübəsi və elmi fəaliyyəti barədə məlumat verib. İdris İsayev “Azərbaycan Respublikasında təhsilin inkişafı […]

Mingəçevirdə ‘Gələcək üçün bacarıqlar’ layihəsinin IV Tusi inkubasiya proqramı start götürdü

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Gələcək üçün bacarıqlar” layihəsinin IV Tusi inkubasiya proqramına start verilib. Bu mühüm təşəbbüs gənclərin innovativ ideyalarını dəstəkləmək, onların sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və ölkəmizdə startap ekosistemini gücləndirmək məqsədi daşıyır. Proqram çərçivəsində Azərbaycanın 16 aparıcı ali təhsil müəssisəsi cəlb olunub ki, bu da tələbələrə […]

Ali və orta məktəb əməkdaşlığının uğurlu modeli

Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsi (MARTİ) arasında 2025-ci il üçün nəzərdə tutulan Fəaliyyət Planında nəzərdə tutulan müddəalar uğurla həyata keçirilməkdədir. Nəzərdə tutulan fəaliyyətlərdən biri elmə marağı və texnologiyalara bağlılığı ilə seçilən istedadlı şagirdlərin dəstəklənməsi və tədqiqat işinin aparılmasıdır. MDU-nun tədris məsələləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov […]

Mingəçevir Dövlət Universitetində FHN Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda seminar keçirilib

04 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində Fövqəladə Hallar Nazirliyi (FHN) Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda seminar keçirilib. Seminarda Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin Ərazi orqanları ilə iş şöbəsinin baş zabiti daxili xidmət mayoru Azər Mahmudov, Maarifləndirmə sektorunun baş məsləhətçisi Məzahir Qaçayev, Maarifləndirmə sektorunun baş məsləhətçisi Anar […]

Mingəçevir Dövlət Universitetində “Elmi məqalələrə qoyulan tələblər” mövzusunda təlim keçirilib

4 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Elmi məqalələrə qoyulan tələblər” mövzusunda təlim keçirilib. Təlimdə şöbənin müdiri Vüqar Mustafayev elmi məqalələrin hazırlanması, onların beynəlxalq standartlara uyğun yazılması və akademik nəşrlərə təqdim edilməsi qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib. Təlimdə universitetin professor-müəllim heyəti və Mingəçevir Turizm Kollecinin əməkdaşları […]

MDU Tələbə Vətənpərvərlik İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Aprel döyüşlərində canlarından keçən şəhidlərin ailələri ziyarət olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Aprel döyüşlərinin doqquzuncu ildönümü münasibətilə Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımız – Qasımov Teymur, Əhmədov Rüstəm, Tağıyev Rahim və Adil Adilzadənin ailələri ziyarət olunub. Ziyarət zamanı şəhid ailələri ilə səmimi söhbətlər aparılıb, onların göstərdiyi müqəddəs fədakarlıq minnətdarlıqla xatırlanıb. Mənəvi dəyər daşıyan görüşlər gənclərdə vətənpərvərlik ruhunun möhkəmlənməsinə […]

31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə Mingəçevir Dövlət Universitetinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Mingəçevir Dövlət Universitetinin (MDU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar XX əsrin əvvəllərində erməni daşnakları tərəfindən xalqımıza qarşı törədilmiş kütləvi qırğınların qurbanlarının xatirəsini ehtiramla anıblar. Ziyarət zamanı iştirakçılar soyqırım qurbanlarının əziz xatirəsini yad edərək məzarları önünə gül dəstələri düzüb, onların ruhuna dualar oxuyublar. […]