Browsing monthly archive

Aprel 2025

Mingəçevir Dövlət Universiteti Greentech2 startap müsabiqəsinin final mərhələsində 5 komanda ilə təmsil olunacaq

16 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov Greentech2 startap müsabiqəsinin final mərhələsində iştirak edəcək tələbələrlə görüş keçirib. Görüş zamanı rektor komandaların nümayəndələri ilə səmimi söhbət apararaq onların layihələri haqqında ətraflı məlumat alıb və onlara uğurlar arzulayıb. O, universitetin daim tələbələrin innovativ fəaliyyətlərini dəstəklədiyini vurğulayıb. Qeyd edək ki, 17 aprel tarixində Azərbaycan Texnologiya […]

MDU rektoru şəhid məzunların ailələrini ziyarət edib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov və bir qrup əməkdaş 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn universitetin məzunları Əzəmi Hüseynov, Kənan Abdullayev və Oruc Nəcəflinin ailələrini ziyarət edib. Görüş zamanı şəhid məzunlar haqqında xatirələrdən danışılıb. Onların vətənpərvərliyi, fədakarlığı və qəhrəmanlığı yüksək dəyərləndirilib. Bildirilib ki, şəhid məzunların əziz xatirəsi universitetdə hər zaman yad olunacaq. […]

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın iclası keçirilib

16 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyində ali təhsil müəssisəsində aparılan akkreditasiya prosesi ilə bağlı mühüm məsələlər müzakirə olunub. İclasda ilk olaraq Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov akkreditasiya prosesində simulyasiya məsələlərinin təşkili haqqında çıxış edib. O, bu istiqamətdə görülən işləri, qarşıya qoyulan məqsədləri və tətbiq ediləcək […]

MDU rektoru Anar Eminov tələbələrlə görüşüb

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov tələbələrlə görüşüb. Məqsəd tələbələri elmi və pedaqoji istiqamətdə universitetin hədəfləri və vəzifələri ilə tanış etmək, onları bu proseslərə daha fəal şəkildə cəlb etmək olub. Rektor Anar Eminov universitetin akademik simasının formalaşdırılmasında tələbələrin rolunu xüsusi qeyd edib. Bildirib ki, tələbələr MDU-nun brendə çevrilməsində fəal iştirak etməlidir. MDU-nun əsas hədəfinin […]

Mingəçevir Dövlət Universitetində “Qeyri-formal məşğulluq və onunla mübarizə”

14 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Qeyri-formal məşğulluq və onunla mübarizə” mövzusunda seminar keçirilib. Seminarın əsas məqsədi qeyri-formal məşğulluğun cəmiyyətə, xüsusilə də işçi hüquqlarına və sosial təminat sisteminə təsirlərini müzakirə etmək, bu sahədə mövcud problemləri və onların həlli yollarını araşdırmaq olub. Tədbirdə spiker qismində Dövlət […]

Mingəçevir Dövlət Universitetində “Bələdiyyə könüllülüyü haqqında infosessiya”

9 aprel 2025-ci ildə Mingəçevir şəhər Bələdiyyəsi tərəfindən Mingəçevir Dövlət Universitetində “Bələdiyyə könüllülüyü haqqında infosessiya” keçirilmişdir. Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekan əvəzi dos. Nüşabə Qədimli, Biznes və menecment kafedrasının müdiri dos. Emiliya Hüseynova, Mingəçevir Bələdiyyəsinin sədr müavini Ədalət Quliyeva, Bələdiyyənin Gənclərlə iş və idman komissiyasının sədri Gültəkin Nəzərova, Bələdiyyənin Sosial və iqtisadi inkişaf şöbəsinin […]

Mingəçevir Dövlət Universitetində “Elmi məqalənin strukturu və xüsusiyyətləri” mövzusunda təlim keçirilib

10 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Elmi məqalənin strukturu və xüsusiyyətləri” mövzusunda təlim keçirilib. Təlimdə universitetin professor-müəllim heyəti və Mingəçevir Turizm Kollecinin əməkdaşları iştirak edib. Elm və innovasiyalar şöbəsinin müdiri dosent Vüqar Mustafayev elmi məqalələrin strukturu, sitatgətirmə qaydaları, etibarlı mənbələrin seçilməsi və məqalələrin nüfuzlu elmi jurnallarda […]

Mingəçevir Dövlət Universitetində Ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə yeni dərs vəsaiti

Mingəçevir Dövlət Universitetinin Riyaziyyat kafedrasının əməkdaşları tərəfindən “Ehtimal nəzəriyyəsi və riyazi statistika məsələlər” adlı yeni dərs vəsaiti hazırlanaraq nəşr olunmuşdur. Dərs vəsaitinin müəllifləri dosent S.M.Mustafayev, dosent M.F.İsmayılova, baş müəllim M.N.Məmmədov və müəllim M.S.Məmmədovadır. Elmi əsaslara söykənən bu vəsait ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində həm nəzəri biliklərin, həm də praktiki bacarıqların formalaşdırılması baxımından mühüm əhəmiyyət […]

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun kollektivlə görüşü keçirilib

11 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni təyin olunan rektor Anar Eminovun iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüşdə universitetin rəhbər heyəti, fakültə dekanları, kafedra müdirləri, struktur bölmə rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Görüş zamanı Anar Eminov çıxış edərək ona göstərilən etimada görə Prezident cənab İlham Əliyevə və Elm və […]

“Natiq Qasımovun irsi ilə Zəfərə” adlı intellektual bilik yarışı keçirilib

Aprelin 11-də Mingəçevir şəhərində yerləşən Natiq Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində IX-XI sinif şagirdləri arasında keçirilən təkcə bilik yoxlaması deyildi – bu, həm də şagirdlərin milli ruhda tərbiyəsi və ideoloji maarifləndirmənin canlı nümunəsi idi. Təhsil və milli ideya – biri digərindən ayrı deyil 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Natiq Səlim […]