31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə Mingəçevir Dövlət Universitetinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Mingəçevir Dövlət Universitetinin (MDU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar XX əsrin əvvəllərində erməni daşnakları tərəfindən xalqımıza qarşı törədilmiş kütləvi qırğınların qurbanlarının xatirəsini ehtiramla anıblar. Ziyarət zamanı iştirakçılar soyqırım qurbanlarının əziz xatirəsini yad edərək məzarları önünə gül dəstələri düzüb, onların ruhuna dualar oxuyublar. […]