Browsing monthly archive

Aprel 2025

Mingəçevir Dövlət Universitetində Magistrantların VII elmi-nəzəri konfransı keçirilib

24 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində magistrantların VII elmi-nəzəri konfransı keçirilib. Tədbirin məqsədi magistrantların elmi fəaliyyətini təşviq etmək, onların tədqiqat istiqamətlərini dəstəkləmək və gənc tədqiqatçılar arasında elmi müzakirə mühitini formalaşdırmaq olub. Konfransda əvvəlcə Vətən uğrunda canlarını fəda edən şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib. Tədbir universitetin rektoru […]

Naxçıvan-Urumçi qardaşlığı: regional əməkdaşlığın yeni strateji müstəvisi

Müasir diplomatiya və regional inteqrasiyanın parlaq nümunəsi Naxçıvan Muxtar Respublikası ilə Çinin Sincan Uyğur muxtar rayonunun paytaxtı Urumçi şəhərinin qardaşlaşması ilk baxışda sadə bir diplomatik jest kimi görünə bilər. Lakin bu razılaşmanın arxasında Azərbaycanın xarici siyasətində müşahidə olunan dərinləşmiş regional yanaşma, strateji tərəfdaşlığa əsaslanan diplomatik fəallıq dayanır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan müasir […]

Prezident İlham Əliyevin Bakı bəyanatının strateji yükü: Azərbaycan–Gürcüstan tərəfdaşlığı kontekstində Cənubi Qafqazda sabitlik və güvən arxitekturasının siyasi təməli

Naxçıvan Muxtar Respublikası Şərur rayonu üzrə Ali Məclisinin deputatı Əli Abbasov 2025-ci ilin 16 aprel tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə keçirdiyi birgə mətbuat konfransı yalnız iki ölkə arasında diplomatik təmasların davamı kimi qiymətləndirilə bilməz. Bu hadisə, bütövlükdə Cənubi Qafqaz regionunun siyasi gələcəyinə yön verilən strateji bəyanat kimi […]

Zəkalar qarşı-qarşıya gəldi – Qalib Mingəçevir komandası oldu

“mi-news.az” saytı, “Azərbaycan müəllimi” nə istinadən xəbər verir ki,  Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşəbbüsü nəticəsində reallaşdırılan və ölkənin ən istedadlı şagirdlərinin iştirakı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının Mərkəzi Aran regionu üzrə final mərhələsi baş tutub. Bu mərhələ intellektual hazırlığın və fənn biliklərinin qiymətləndirilməsi, təhsil sisteminin perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə […]

Mingəçevir Dövlət Universitetində imtahan prosesi ilə bağlı yeniliklər edilib

Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrlə aparılan görüşlər və daxil olan sorğuların nəticələrinə əsasən imtahan prosesi ilə bağlı bir sıra mühüm dəyişikliklərlə bağlı yeni qərarlar qəbul edilib. Qəbul edilən qərarlar universitetin imtahan sistemində daha obyektiv qiymətləndirmə və şəffaflığın təmin edilməsi məqsədi daşıyır. • Elektron jurnala tam şəkildə keçid: Qərar qəbul edildiyi andan etibarən 20 gün ərzində […]

Təhsildə innovativ həllərin təklifi yönündə keçirilən“EduHack 2025: Innovating the Future of Learning” hakatonuna start verilib

2025-ci il 19 aprel tarixində Bakı Avrasiya Universiteti (BAAU), Azərbaycan Respublikasının Gənclər Fondu, Niğde Ömer Halisdemir Universiteti (NOHU), Məlhəm Beynəlxalq Hospitalının,  Azərbaycan Tələbə Gənclər Təşkiatları İttifaqı (ATGTİ) və Türkiyə-Azərbaycan Universiteti (TAU) birgə təşkilatçılığı ilə “EduHack 2025: Innovating the Future of Learning” hakatonu 2025-ci ilin 19 aprel tarixində start götürüb. Bakı Konqres Mərkəzində  başlayan hakatonda Gənclər […]

Mingəçevir Dövlət Universitetində “Təhsildə ölçmə və dəyərləndirmədə əsas anlayışlar” mövzusunda ustad dərs

21 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri üçün onlayn formatda ustad dərsi təşkil edilib. Mühazirə Türkiyənin Düzce Universitetinin Təhsil fakültəsinin Təhsil elmləri bölməsinin dosenti Bahar Şahin Şarkın tərəfindən “Təhsildə ölçmə və dəyərləndirmədə əsas anlayışlar” mövzusunda olub. Dərsin əsas məqsədi tələbələrin təhsildə ölçmə və dəyərləndirmə […]

Mingəçevir Dövlət Universitetində startap, brendinq və karyera imkanları üzrə əməkdaşlıq görüşü keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) innovasiya, startap ekosistemi, brendinq və karyera imkanları mövzusunda mühüm görüş baş tutub. Görüşdə bir sıra nüfuzlu qurumların rəhbər şəxsləri iştirak ediblər. Görüş iştirakçıları arasında Netline Technology şirkətinin direktoru Fərid Əmirov, HBN Group şirkətinin icraçı direktoru Tariyel Dövlətov, Təlim və inkişaf şöbəsinin müdiri Məleykə Bədəl, Business Class Azerbaijan şirkətinin brend meneceri Rəşad […]

Mingəçevir Dövlət Universitetində “İnnovasiya və yaradıcı düşüncə” mövzusunda təlim keçirilib

17 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “İnnovasiya və yaradıcı düşüncə” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimin əsas məqsədi tələbələrdə və gənclərdə innovativ düşüncə tərzinin formalaşdırılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və bu bacarıqların gələcək peşəkar fəaliyyətlərində tətbiqi imkanları barədə məlumatlandırmaq olub. Təlimçi MDU-nun Biznes və menecment kafedrasının […]

Mingəçevir Dövlət Universiteti və Türkiyənin Düzcə Universitetinin birgə təşkilatçılığı ilə Beynəlxalq Enerji Forumu öz işinə başlayıb

17 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Düzcə Universitetinin birgə təşkilatçılığı ilə keçirilən I Beynəlxalq Enerji Forumu Düzcə Universitetinin ev sahibliyi ilə öz işinə başlayıb. İki gün davam edəcək Forumun əsas məqsədi enerji istehsalı sahəsindəki innovasiyaların müzakirəsi, təmiz enerjiyə keçid proseslərinin təhlili və bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının araşdırılmasıdır. Forumun açılış […]