Browsing monthly archive

Mart 2025

Mingəçevir Dövlət Universitetinin (MDU) təbliğat-təşviqat qrupu Goranboy və Naftalan rayonları üzrə təhsil sektorunda fəaliyyətini davam etdirib

6 mat 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təbliğat-təşviqat qrupu Goranboy və Naftalan rayonları üzrə təhsil sektorunda fəaliyyətini davam etdirib. Tədbir çərçivəsində sektorun müdir əvəzi Əli Cəfərov ilə bir araya gəlinib və MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalovun salamları şagirdlərə çatdırılıb. Görüşlərdə məqsəd MDU haqqında geniş məlumat verərək, məktəbliləri universitetdə təhsil almaq […]

Korrupsiyaya qarşı mübarizə: vətəndaş cəmiyyətinin rolu

7 mart 2025-ci ildə Mingəçevir Media Mərkəzində media nümayəndələri və QHT üzvlərinin iştirakı ilə tədbir keçirilib. Görüşün mövzusu korrupsiyaya qarşı mübarizə yolları və bu sahədə tədbirlər planının həyata keçirilməsi olub. Tədbiri “Mingəçevir İşıqları” qəzetinin baş redaktoru, əməkdar jurnalist Fərman Nəbiyev açıb. Vəıtəndaş cəmiyyəti təmsilçiləri  mövzu ilə bağlı fikirlərini bölüşüb, problemləri müzakirə edib və təkliflər irəli […]

Bakı Avrasiya Universiteti Qazaxıstanın iki universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

2025-ci il martın 4-də ADA Universitetində keçirilən “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə” həsr olunmuş “dəyirmi masa” çərçivəsində Bakı Avrasiya Universiteti (BAAU) Qazaxıstan Respublikasının nüfuzlu ali təhsil müəssisələrinədn olan L.N. Qumilyov adına Avrasiya Milli Universiteti (L.N. Gumilyov ENU) və Qazax Dövlət Qızlar Pedaqoji Universiteti (KNWTTU) ilə əməkdaşlıq memorandumu imzalayıb. Memorandumları BAAU-nun rektoru, dos. […]

Mingəçevir Dövlət Universitetində İqtisadi Tədqiqatlar Mərkəzinin növbəti iclası keçirilib

3 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İqtisadi Tədqiqatlar Mərkəzinin növbəti iclası baş tutub. İclas mərkəzin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Məmmədli Vüqar Əhməd oğlunun rəhbərliyi ilə keçirilib. Tədbirdə universitetin Elmi işlər üzrə prorektoru, Elm və innovasiyalar şöbəsinin müdiri, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, kafedra müdirləri və şura üzvləri iştirak ediblər. […]

Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır

Mingəçevir Dövlət Universitetinin Gənc Alimlər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Aygün Raqif qızı Qədirova ilə müsahibə: Sual: Aygün müəllim, Gənc Alimlər Şurasının yaradılmasının əsаs məqsədi nədir? Cavab: Şurаnın fəaliyyətinin əsаs məqsədi MDU-da fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi […]

Alpaqut üzrə Ağdam rayon birinciliyi başa çatdı

1 mart 2025-ci ildə Quzanı qəsəbəsindəki Ağdam Olimpiya  Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə 5 mart Bədən Tərbiyəsi və idman gününə həsr olunmuş rayon birinciliyi keçirilib. Yarışda 6-17 yaş arasındakı idmançılar mübarizə aparıblar. Qarabağ Regional İdman İdarəsinin Ağdam rayon üzrə İdman sektorunun müdiri Anar Məmmədov, Ağdam Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Kazımov açılış mərasimində çıxış […]

Mingəçevir şəhər idman və pedaqoji ictimaiyyətinə ağır itki üz vermişdir

Mingəçevir şəhər idman və pedaqoji ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış məşqçi-müəllim, idman ustası Smirnov Aleksandr Anatolyeviç 2025-ci il fefralın 28-də, ömrünün 66-cı baharında vəfat etmişdir. Aleksandr Smirnov 31 may 1959-cu ildə Mingəçevir şəhərində anadan olmuşdur. Əvvəlcə 6 saylı, sonra isə 13 saylı orta məktəblərdə təhsil almışdır. 1976-cı ildə Azərbaycan Bədən tərbiyəsi və idman İnstitutuna […]