Browsing monthly archive

Mart 2025

Məktəb mediasiyasının tətbiqi ilə bağlı 3 günlük təlimlər yekunlaşıb

Məktəb mediasiyasının tətbiqi ilə bağlı 3 günlük təlimlər yekunlaşıb. Təlimlər  “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə icra etdiyi “Məktəbli münaqişələrinin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi” layihəsi çərçivəsində reallaşdırılıb. Təlimin ilk günündə məktəb psixoloqları münaqişəli stuasiyanın tərəflərinə yanaşma, qarşılıqlı hörmət, emosiyaların idarə edilməsi, empati qurma bacarıqları ilə bağlı məlumatlandırılıb. Təlimin ikinci günündə […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları təbliğat və təşviqat işləri ilə bağlı Zərdab rayonunda abituriyentlərlə görüş keçiriblər

13 mart 2025-ci il tarixdə Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (MARTİ) arasında 03 fevral 2025-ci il tarixində bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində fəaliyyət planına uyğun olaraq Mexanika kafedrasının müdiri, dosent Mahir İsmayılov, Riyaziyyat kafedrasının müdiri, r.f.d. Rövşən Babayev, Humanitar fənlər kafedrasının baş müəllimləri, f.f.d. Günel Yunusova və f.f.d. Səadət Ağakişiyeva Zərdab […]

Mingəçevir Dövlət Universitetində “Sosial media və şəxsi brendinq” mövzusunda seminar keçirilib

13 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin(MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə tələbə və müəllim heyəti üçün “Sosial media və şəxsi brendinq” mövzusunda seminar təşkil olunub. Seminarın məqsədi iştirakçılara şəxsi brendinqin əsaslarını öyrətmək və sosial mediada onun rolunu izah etmək olub. Təlimçi İstanbul Universitetində İctimaiyyətlə Əlaqələr və Reklam üzrə fəlsəfə doktoru, MDU-nun […]

Mingəçevir Dövlət Universitetində təhsil ixtisasları üzrə yeni təhsil proqramlarının hazırlanması üzrə iclas keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Elmi Şurası ilə birgə yeni təhsil proqramlarının hazırlanması məqsədilə iclas keçirilib. İclasın açılışını Təhsil fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Nizami Zeynalov edib. Giriş nitqində Nizami Zeynalov müəllim hazırlığının vacibliyini vurğulayıb və ölkədə bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib. O, həmçinin universitetlərdə yeni təhsil proqramlarının hazırlanmasının əhəmiyyətini […]

Azərbaycan QHT-lərinin Moldova səfəri: ətraf mühitin qorunmasında təcrübə mübadiləsi

10-13 mart 2025-ci ildə Almaniya Əməkdaşlıq Cəmiyyətinin  (GIZ) dəstəyi ilə Azərbaycan QHT-lərinin Moldovaya tanışlıq səfəri gerçəkləşdi. Səfərin əsas məqsədi ətraf mühitin mühafizəsi və bu sahədə  təcrübənin öyrənilməsi idi. Səfərin ilk günü “Askoni” şərab zavoduna ziyarət və rəsmi şam yeməyi ilə yadda qaldı. Növbəti günlərdə iştirakçılar “Ecovisio” təşkilatına baş çəkərək, Moldovanın nüfuzlu ekoloji təşkilatlarının fəaliyyətləri ilə […]

Pedaqogika ve psixologiya kafedrasının müvafiq “Məktəbəqədər təhsil” buraxılış ixtisas qrupu üzrə tədris təcrübəsi uğurla davam edir

17 fevral 2025-ci il tarixindən başlanan tədris təcrübəsi Mingəçevir Dövlət Universitetinin Pedaqogika ve psixologiya kafedrasının müvafiq “Mektəbəqədər təhsil” buraxılış ixtisas qrupu üzrə uğurla davam edir. Təcrübə prosesində tələbələr təkcə fənlər haqqında biliklərini deyil, həmçinin pedaqoji priyom və ptaktik ünsiyyət bacarıqlarını nümayiş etdirir, möhkəmləndirirlər. Təcrübənin səmərəliliyini təmin etmək üçün tədris prosesində yeni təhsil və innovativ metodlarının […]

Mingəçevir Dövlət Universitetinin rəhbər və akademik heyətindən bir qrup əməkdaş Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anım günündə iştirak edib

Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımov 02 yanvar 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Sonralar ailəsi Mingəçevir şəhərinə köçüb. 1992-ci ilin müharibəsində Natiq könüllü olaraq cəbhəyə yollanıb. Düşmənə qarşı, torpaqlarımızın azadlığı üçün döyüşüb.Son döyüş yeri Ağdam rayonunun Xramort kəndi yaxınlığında olan qədim Alban kilsəsi olub. Natiqin qəhrəmanlığı, bayrağımızı qoruması, düşmən qarşısında […]

Xarici dillər kafedrasının müvafiq “İngilis dili müəllimliyi” buraxılış ixtisas qrupları üzrə pedaqoji təcrübəsi uğurla davam edir

17 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində tədqiqat təcrübəsinə start verilmişdir. Xarici dillər kafedrasının müvafiq ixtisası Xarici dil müəllimliyi (ingilis dili üzrə) qruplarında buraxılış qruplarının tələbələri bu təcrübədə uğurla iştirak etmişdir. Təcrübənin daha səmərəli olması üçün müasir texnologiyaların və texniki resursların istifadəsi tövsiyə olunmuş, təcrübə rəhbərləri tərəfindən tələbələrə innovativ tədris metodlarından istifadə, […]

Mingəçevir Dövlət Universitetində elmi seminar keçirilib

11 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Elm və İnnovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Elm Günü”nə həsr olunmuş doktorant, dissertant və gənc tədqiqatçıların elmi seminarı keçirilib. Seminarda müxtəlif sahələrdən olan alimlər və tədqiqatçılar iştirak edərək, mövzu ilə bağlı nəzəri və praktik aspektləri müzakirə ediblər. Seminarın açılışını Mingəçevir Dövlət Universitetinin rektoru […]

Mingəçevirdə “Konstitusiya və Suverenlik İli” — dövlətçilik və birliyə dəstək

Martın 11-də Mingəçevir Gənclər Evinin konfrans zalında Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində görüş keçirilib. Görüşdə şəhərin müxtəlif təşkilatlarının, idarə və müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib. İcra Hakimiyyətinin başçısı […]