Browsing monthly archive

Fevral 2025

“GreenLife” layihəsi uğurla həyata keçirilib

Layihə çərçivəsində Mingəçevir şəhərində gənclərə müxtəlif ekoloji mövzularda təlimlər keçilib. Layihə çərçivəsində aşağıdakı mövzu və alt mövzular əhatə olunub: 1: Ətraf mühitin qorunması və davamlı inkişaf Ekoloji problemlərin qlobal təsirləri; Davamlı inkişaf məqsədləri (SDG-lər); Ətraf mühitlə bağlı hüquq və qaydalar. 2: İqlim dəyişikliyi və enerji resursları İqlim dəyişikliyinin səbəbləri və təsirləri; Alternativ enerji mənbələri və […]

Mingəçevir Dövlət Universitetində (MDU) Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən təşkil edilən Azad Mirzəcanzadə adına İnkişaf Proqramı çərçivəsində təqdimat keçirilib

25 fevral 2025 –ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən təşkil edilən Azad Mirzəcanzadə adına İnkişaf Proqramı çərçivəsində növbəti təqdimat keçirilib. Tədbirin əsas məqsədi gənclərin yaradıcı problem həlləri tapmaq, çevik və innovativ yanaşmalarla dayanıqlı gələcəyə töhfə vermək bacarıqlarını inkişaf etdirmək olub. Təqdimatda layihənin koordinatoru, RİİB-in üzvü Leyla Seyidzadə çıxış […]

İqtisadi inkişafa innovativ yanaşma zərurəti. MDU-nun İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, i.f.d., dosent Məmmədli Vüqar Əhməd oğlu ilə müsahibə

Sual: Mərkəzin fəaliyyətinin təşkili ilə bağlı nələri qeyd edə bilərsiniz? Cavab: Mərkəzin fəaliyyətinin təşkili ilə bağlı şura yaradılmış və mərkəzə üzvlər seçilmişdir. Üzvlər universitetimizin iqtisadi istiqamətli kafedralarının tədqiqatçılarından və universitetimizlə əməkdaşlıq edən elmi-tədqiqat müəssisələrinin əməkdaşlarından seçilmişdir. Tədqiqatçıların mərkəzə üzv olaraq dəvət edilməsində iqtisadiyyatın müxtəlif sahələrinin araşdırmaçıları olmalarına xüsusi diqqət yetirilmişdir. Sual: 2025-ci ildə Mərkəz tərəfindən görülmüş işlər barədə […]

MDU-da Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan “Xocalı – faciədən doğan intiqam” mövzusunda dəyirmi masa keçirilib

2025-ci il fevralın 26-da  Mingəçevir Dövlət Universitetində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Xocalı – faciədən doğan intiqam” mövzusunda dəyirmi masa keçirilib. Universitetin Hümanitar fənlər kafedrasının Tarix Elmi Dərnəyinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada MDU-un bir qrup  müəllimi, Təhsil  və Mühəndislik  fakültələrinin tələbələri iştirak edib . Əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimiz və […]

Mingəçevir Dövlət Universitetində Xocalı Faciəsinin Anım Gününə həsr olunmuş “Dolu” bədii filminin nümayişi keçirilib

26 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində Xocalı faciəsinin anım günü ilə əlaqədar olaraq, “Dolu” adlı sənədli filmin nümayişi təşkil edilib. Tədbir Qarabağ müharibəsi dövründə Vətən uğrunda canından keçən Azərbaycan oğullarının qəhrəmanlıq və şücaətini təsvir edən filmin təqdimatı ilə başlanıb. Filmin nümayişindən əvvəl tədbir iştirakçıları Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, sonrasında […]

Qadınların fəallığı və hüquqları Mingəçevir görüşündə müzakirə olundu

2025-ci il fevralın 26-da Mingəçevir Media Mərkəzində Bərdə Qadın Klubu üzvləri ilə görüş keçirilib. Tədbirdə gender bərabərsizliyi, qadınların hüquqları və ictimai-siyasi fəallığı müzakirə olunub. 2025-ci il fevralın 26-da Mingəçevir Media Mərkəzində Bərdə Qadın Klubu üzvləri ilə görüş keçirilib. Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti Fərman Nəbiyev təşkilatın yerli və beynəlxalq donorlar tərəfindən maliyyələşən layihələrindən danışıb. O, qadınların […]

Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş elmi konfrans keçirilib

25 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Bizi Xocalıya qovuşduran milli birliyimiz” mövzusunda elmi konfrans keçirilib. Konfransda universitetin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər. Tədbirdə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə MDU-nun rektoru vəzifəsini müvəqqəti […]

Enerji keçmişindən ekoloji gələcəyə: Mingəçevirin yeni sınaqları

“Mingəçevir bir zamanlar Azərbaycanın sənaye və enerji mərkəzi idi, lakin 90-cı illərdən sonra sənaye müəssisələrinin böyük hissəsi fəaliyyətini dayandırdı. Buna baxmayaraq, şəhərin ekoloji problemləri hələ də öz həllini tapmayıb. Təbiətinə xas gözəlliyi qorumaq üçün Mingəçevir hansı addımları atmalıdır?” Mingəçevir Azərbaycanın “gölməçələr şəhəri” kimi tanınan, təbii gözəllikləri və zəngin tarixi ilə fərqlənən bir bölgəsidir. Kür çayının […]

Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ildə nəzərdə tutulan institusional akkreditasiya üzrə Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan təşkilat komissiyasının növbəti iclası keçirilib

21 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) institusional akkreditasiya prosesinin hazırlığı çərçivəsində təşkilat komissiyasının növbəti iclası keçirilib. İclasda universitet rəhbərliyi, kafedra və şöbə müdirləri iştirak ediblər. MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov iclasın açılışında, akkreditasiya prosedurunun əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Təhsil Nazirliyi və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiya Qaydaları”nın […]

Mingəçevir Dövlət Universitetində Akkreditasiya komissiyasının növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universitetində Akkreditasiya komissiyasının iclasında Təlim və tədris meyarları müzakirə olunub 20 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində Akkreditasiya komissiyasının növbəti iclası keçirilib. İclasda universitetin Akkreditasiya komissiyasının tərkibindəki MDU əməkdaşları, həmçinin əmək bazarının nümayəndələri iştirak ediblər. İclasda əsasən təlim və tədris meyarlarının təkmilləşdirilməsi, tələbələrin keyfiyyətli təhsil alması üçün yeni istiqamətlər və metodikalar müzakirə […]