Browsing daily archive

Yanvar 26, 2025

Mingəçevir Dövlət Universitetinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib

2025-ci ilin 20 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik-inzibati heyət üzvü, tələbə və magistrantları 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Mingəçevir şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər. MDU kollektivi 20 Yanvar hadisələri zamanı Şəhid olmuş günahsız insanların əziz xatirəsinə həsr olunmuş abidə kompleksini və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin məzarlarını […]

Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ildə nəzərdə tutulan institusional akkreditasiya üzrə Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan təşkilat komissiyasının növbəti iclası keçirilib

2025-ci il 17 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ildə nəzərdə tutulan institusional akkreditasiya üzrə Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan təşkilat komissiyasının növbəti iclası keçirilib. İclasda universitet rəhbərliyi, kafedra və şöbə müdirləri  iştirak edib. Təşkilat komissiyasının sədri, universitetin elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov komissiyanın işinə uğurlar arzulayaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən […]

Mingəçevir Dövlət Univeristetində (MDU) mühazirə: “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq və iftixar tarixi”

2025-ci ilin yanvarın 17-də Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq və İftixar tarixi” mövzusunda mühazirə keçirilib. Universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə keçirilən müharizə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. […]

Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş sərgi-stend hazırlanıb

2025-ci il 17 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) kitabxanasında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş sərgi-stend təşkil olunub. Sərgi-stenddə 20 yanvar hadisələrinin dəhşətli faktlarını özündə əks etdirən kitablar və qəzet materialları yer alıb. 1990-cı ilin qanlı yanvar gecəsi Azərbaycan xalqına qarşı törədilmiş genosid aktının acı həqiqətlərindən bəhs edən sərgi-stend tələbə, magistrant və gənc […]

Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərən Psixoloji Xidmət Mərkəzi tərəfindən imtahan prosesində tələbələrə psixoloji dəstək davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərən Psixoloji Xidmət Mərkəzi 2024/2025-ci tədris ilinin payız semestirinin imtahan sessiyasında tələbələrə imtahanqabağı stress, motivasiya və imtahan prosesinə adaptasiya ilə bağlı məsələlərə psixoloji dəstək göstərilməsinə davam edir. Məqsəd tələbələrin imtahan prosesində sərbəst şəkildə bilik və bacarıqlarını nümayiş etdirməklərinə, imtahanqabağı stresslə mübarizədə dəstək olmaqdır.

Valideynlər 2024/2025-ci tədris ilinin payız semesterinin imtahan sessiyası çərçivəsində imtahanları müşahidə ediblər

Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semesterinin imtahan sessiyası çərçivəsində növbəti dəfə valideynlərin müşahidəsi təmin edilib. Valideynlər universitetin rəhbər və inzibati heyət üzvlərinin müşayiəti ilə auditoriyalarda imtahanları izləyiblər, imtahanların keçirilməsi qaydaları, biliyin qiymətləndirilməsi meyarları və müraciətlərə çevik baxılması mexanizmləri barədə ətraflı məlumatlandırılıblar. Müşahidələrdən sonra, imtahan sessiyasının qanunvericiliyin tələblərinə uyğun təşkilindən məmnunluqlarını ifadə edən […]