2025-ci ildə minlərlə vətəndaş peşə hazırlığı proqramlarına qoşulub
Xanımların iştirakı diqqətçəkəndir – peşə hazırlığı üzrə 175 prioritet sahə müəyyən edilib
2025-ci ildə Azərbaycanda 18 mindən çox vətəndaş peşə hazırlığı proqramlarında iştirak edib. Bu barədə məlumatı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunları və 2026-cı il üçün hədəflər barədə keçirilən mətbuat konfransında verib.
Abbasov bildirib ki, peşə hazırlığına cəlb olunanların böyük hissəsini xanımlar təşkil edib. Onun sözlərinə görə, ötən il 11 mindən çox xanım proqramlara qoşulub və prioritet olaraq 175 peşə sahəsi müəyyən edilib. Həmçinin peşələrin seçimi və sayı üzrə gələcəkdə təkmilləşdirmələr ediləcəyi vurğulanıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.