2025-2026-cı tədris ili: Birinci sinfə oğlan və qızlar arasında fərq açıqlandı
Rəsmi statistikaya görə oğlanlar üstünlük təşkil edir
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına görə, 2025-2026-cı tədris ili üzrə birinci sinfə qəbul olunan şagirdlərin sayı açıqlanıb.
Rəsmi statistika göstərir ki, birinci sinfə qəbul olunanların 69 581 nəfəri oğlan, 60 879 nəfəri isə qızdır. Məktəbəhazırlıq qruplarına isə 45 494 oğlan və 40 180 qız qəbul olunub.
Qeyd edilib ki, keçən tədris ilində (2024-2025) vəziyyət oxşar olub: birinci sinfə qəbul olunan şagirdlərin 71 731 nəfəri oğlan, 62 839 nəfəri qız təşkil edib.
Statistik göstəricilər göstərir ki, oğlan və qızlar arasında fərq hər il müəyyən qədər qalmaqda davam edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.