Browsing monthly archive

Dekabr 2024

Mingəçevir Dövlət Universitetində “Milli Karyera Həftəsi” layihəsi çərçivəsində təlim keçirilib

2024-cü il 4 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin Təcrübə və karyera inkişafı şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən həyata keçirilən “Milli Karyera Həftəsi” layihəsi çərçivəsində təlim keçirilib. Təlimi giriş sözü ilə açan MDU-nun Elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov qonaqları salamlayaraq, […]

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə növbəti iclası keçirilib

2024-cü il dekabrın 4-də Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə iclası keçirilib. MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov iclasın gündəliyində duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. İclasda “2024/2025-ci tədris ili üçün Mingəçevir Dövlət Universiteti (MDU)  “MDU-nun 2024-cü ildə elmi fəaliyyəti haqqında”, “2023/2024-cü tədris ilinin “MDU-da […]

MDU rektoru v.m.e. Üzeyir Zeynalovun Beynəlxalq Könüllülər Günü təbriki

Əziz tələbə-könüllülər! 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə sizi səmimi qəlbdən təbrik edirik! Könüllülük fəaliyyəti cəmiyyətimizin inkişafında, sosial problemlərin həllində və həmrəyliyin gücləndirilməsində əvəzsiz rol oynayır. Sizin fədakarlığınız və xidmətləriniz cəmiyyətə bir nümunədir. Universitetimizin könüllüləri olaraq, sizlər bir çox tədbirlərin, layihələrin əsas iştirakçılarısınız. Sizin bu əzmkarlığınız və təşəbbüskarlığınız həm universitetimizin nüfuzunu artırır, həm də ölkəmizdə […]

Mingəçevir Dövlət Universiteti və Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələri çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb

Müqaviləni MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıb. İmzalanma mərasimində çıxış edən Üzeyir Zeynalov bildirib ki, fəaliyyətə başladığı gündən Təhsilin İnkişafı Fondu təhsil müəssisələrində bir çox ideyaların reallaşdırılmasına dəstək göstərmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan “Maarifçi” […]

2024-cü ilin yanvar-sentyabr aylarında ictimai iaşə xidmətləri

2024-cü ilin yanvar-sentyabr aylarında şəhərin istehlak bazarında istehlak mallarının satışının ümumi həcmində əhaliyə göstərilən ictimai iaşə xidmətlərinin həcmi 8809,3 min manat, xüsusi çəkisi isə 1,84 faiz təşkil etmişdir. 2024-cü ilin yanvar-sentyabr aylarında şəhər üzrə fiziki şəxslər də daxil olmaqla əhaliyə 8809,3 min manatlıq ictimai iaşə xidməti göstərilmişdir ki, bu da 2023-cü ilin yanvar-sentyabr ayları ilə […]

2024-cü ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat və anbar təsərrüfatının əsas göstəriciləri

Şəhərdə hava və su nəqliyyatı olmadığından əsasən avtomobil nəqliyyatından istifadə olunur. Nəqliyyat müəssisə və təşkilatlarında (fiziki şəxslər də daxil edilməklə) 2024-cü ilin yanvar-sentyabr aylarında göstərilmiş xidmətlərin və istehsal edilmiş malların faktiki qiymətlərlə ümumi həcmi 11316,9 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,6 faiz az olmuşdur. 2024-cü ilin […]

2024-cü ilin 9 ayında Mingəçevir şəhərində tikinti sahəsinin göstəriciləri

2024-cü ilin yanvar-sentyabr aylarında 186 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25 ev və ya 15,5 faiz çox olmuşdur. 2024-cü ilin yanvar-sentyabr aylarında istifadəyə verilmiş fərdi evlərin ümumi sahəsi 20549,9 kv. metr, yaşayış sahəsi isə 11675,3 kv. metr olmuşdur. 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq […]

Mingəçevirdə 2024-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ayrı-ayrı sahələrinin əsas göstəriciləri

Mingəçevir şəhəri respublikanın eləcə də “Mərkəzi Aran iqtisadi rayonu”nun iri sənaye mərkəzlərindən biri olmaqla yanaşı, həm də kənd təsərrüfatının ayrı-ayrı sahələrinin mövcud olduğu şəhərdir. 2024-cü ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1455,3 min manat təşkil etmişdir ki, onun da 215,6 min manatı bitkiçilik, 1239,7 min manatı isə heyvandarlıq məhsullarının payına […]

Mingəçevirdə 2024-cü ilin yanvar-sentyabr aylarında əmtəə bazarının əsas göstəriciləri

2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində istehlak malları satışının 76,5 faizi və ya 307844,6 min manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,5 faizi və ya 94529,0 min manatı isə qeyri-ərzaq mallarının payına düşmüşdür. 2024-cü ilin yanvar-sentyabr aylarında əsas fəaliyyəti pərakəndə ticarət olan şəbəkələrdən 85559,7 min manatlıq əmtəə satılmışdır, digər sahələr (sənaye, kənd təsərrüfatı, […]

2024-cü ilin yanvar-sentybar aylarında Mingəçevir sənayesinin əsas göstəriciləri

Mingəçevir şəhəri respublikanın iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, həm də əsas sənaye mərkəzlərindən biridir. Mingəçevir şəhərinin sənayesinin əsasını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, emal sənayesi və su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri təşkil edir. Sənaye istehsalının həcmi Malların istehsalı və xidmətlərin göstərilməsi 2024-cü ilin yanvar-sentyabr aylarında cəmi yüklənmiş […]