Browsing monthly archive

Dekabr 2024

Mingəçevir Dövlət Universiteti (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Müasir əmək bazarında əsas çağırışlar və qeyri-formal məşğulluqla mübarizə” mövzusunda seminar keçirililib

Mingəçevir Dövlət Universiteti (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Müasir əmək bazarında əsas çağırışlar və qeyri-formal məşğulluqla mübarizə” mövzusunda seminar keçirilib. Seminarda MDU-nun akademik, inzibati heyəti, tələbələr və əmək bazarının müxtəlif sahələrindən mütəxəssislər iştirak edib. Əmək bazarının təhlili departamentinin Qeyri-formal məşğulluğa nəzarət şöbəsinin müdiri Mirsahib Eminov, Əmək bazarının təhlili departamentinin Əmək bazarının təhlili […]

Xaldan kənd kompleks tam orta məktəbində iki yeni qrant layihəsinin təqdimatı keçirilib

Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 8-ci qrant müsabiqəsi” çərçivəsində qalib seçilən iki yeni layihənin təqdimat mərasimi baş tutub. Mərasim Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yexlax rayon sektoru nəzdində fəaliyyət göstərən Xaldan kənd kompleks tam orta məktəbində gerçəkləşib. Tədbirdə media nümayəndələri, layihə tərəfdaşları, məktəb rəhbərliyi, pedaqoji heyət və şagirdlər iştirak […]

Mingəçevir Dövlət Universitetində (MDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Technest” Təqaüd Proqramı çərçivəsində görüşü keçirilib

2024-cü ilin 16 dekabr ayında Mingəçevir Dövlət Universitetində (MDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Technest” Təqaüd Proqramı çərçivəsində Gənclərin “Tech buddy” ilə görüşü keçirilib. Fəal üzvlərin (Active memberlər) axtarışı və icmanın gücləndirilməsi məqsədilə keçirilən görüş MDU-nun Akt zalında baş tutub. Tədbirdə MDU-nun akademik inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib. MDU-nun rektor vəzifəsini […]

Mingəçevir Dövlət Universitetinin (MDU) və Türkiyənin Düzce Universitetinin rəhbərliyi bir qrup akademik inzibati heyət üzvləri ilə birgə “Azərbaycan” İstilik Elektrik Stansiyasına (İES) səfər ediblər

2024-cü ilin 13 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Türkiyənin Düzce Universitetinin rəhbərliyi və bir qrup akademik inzibati heyəti “Azərbaycan” İstilik Elektrik Stansiyasına (İES) səfər ediblər. Bu səfərin məqsədi, hər iki universitetin əməkdaşları arasında əməkdaşlığı gücləndirmək, enerjinin istehsalı və idarə olunması sahəsində bilik və təcrübə mübadiləsini həyata keçirmək olub. İstilik elektrik stansiyasına ziyarət edərək, […]

Bakı Avrasiya Universiteti ilk dəfə “UI GreenMetric 2024” dünya universitetləri reytinqində yer alıb

Bakı Avrasiya Universiteti (BAAU) ilk dəfə olaraq “UI GreenMetric 2024” dünya universitetləri reytinqinə daxil olmaqla dayanıqlı inkişaf sahəsində mühüm uğura imza atıb. 95 ölkənin ali təhsil müəssisələrinin iştirak etdiyi reytinq siyahısında BAAU “dayanıqlılıq” istiqamətində göstərdiyi fəaliyyətləri ilə beynəlxalq reytinqdə təmsil olunub. Reytinqin əsas meyarları arasında elm və təhsil fəaliyyətləri, istehlak və enerjiyə qənaət göstəriciləri, su […]

İstedadlı gənclərimizi tanıyaq

Qabil Yusifovla müsahibə Qabil ilk öncə səni tanıyaq: Erkən yaşlardan parlayan istedadınız barədə eşitmişik. Bilirik ki, 5 yaşınızda artıq iki dildə – Azərbaycan və rus dillərində oxuyub-yazırdınız. Bu qədər erkən formalaşan maraq və istedad sizə gələcək təhsilinizi necə asanlaşdırdı? Uşaqlıqdan iki dildə yazıb-oxuma bacarığına sahib olmaq düşüncələrimin, söz ehtiyatımın daha geniş formalaşmasına kömək etdi. Bu, […]

Mingəçevir Dövlət Universiteti “UI Greenmetric 2024” dünya universitetlərinin reytinqində yer alıb

“UI Greenmetric 2024” dünya universitetlərinin reytinqinə ilk dəfə müraciət edən MDU 928-ci yerdə qərar tutmuşdur. Cari ildə, Mingəçevir Dövlət Universiteti də daxil olmaqla, Azərbaycanın 8 ali təhsil müəssisəsi “UI Greenmetric 2024” dünya universitetlərinin reytinqində yer almışdır. Ümumilikdə Azərbaycanın 6 ali təhsil müəssisəsi bu reytinqdə TOP 1000 -də yer alır. Qeyd edək ki, “dayanıqlı” istiqamət üzrə […]

MDU rektoru Üzeyir Zeynalov ilə Düzce Universiteti rektoru Nedim Sözbir tərəfindən iki ali təhsil müəssisəsi arasında Anlaşma Memorandumu imzalandı

Konfransın açılım mərasimi yekunlaşdıqdan sonra, plenar iclasa keçilmədən əvvəl, MDU rektoru Üzeyir Zeynalov ilə Düzce Universiteti rektoru Nedim Sözbir tərəfindən iki ali təhsil müəssisəsinin elmi-pedaqoji sahədə, ikili diplom proqramını da əhatə edən qarşılıqlı əməkdaşləğa dair Anlaşma Memorandumu imzalandı. Memorandum çərçivəsində tərəflər müştərək elmi-pedaqoji tədbirlərin (konfrans, seminar, dəyirmi masa, ustad dərslər) təşkili, professor-müəllim heyətinin müddətli mübadiləsi, […]

Mingəçevir Dövlət Universitetində keçirilən II Beynəlxalq elmi konfrans öz işini plenar iclasla davam edir

Dekabrın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda II beynəlxalq elmi konfrans (ISCERA 2024) keçirilir.  Konfrans öz işini plenar iclasla davam etdirir. Plenar iclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, Pedaqogika elmləri doktoru, professor Müseyib İlyasov “Ali pedaqoji təhsildə səriştə əsaslı kadr hazırlığı üzrə işin təşkili”, Qazi […]

Mingəçevir Dövlət Universitetində (MDU) “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda II Beynəlxalq elmi konfrans (ISCERA 2024) öz işinə başlayıb

2024-cü il dekabrın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda II beynəlxalq elmi konfrans (ISCERA 2024) keçirilir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Mingəçevir Dövlət Universiteti və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Qazi Universiteti (Türkiyə), Ankara Hacı Bayram Veli Universiteti (Türkiyə), Düzce Universiteti (Türkiyə), Kayseri Universiteti […]