Browsing daily archive

Dekabr 27, 2024

MDU kollektivi qanvermə aksiyasında iştirak edib

2024-ci ilin 27 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin bir qrup kollektiv üzvü, tələbə və magistrantları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində həyata keçirilən qanvermə aksiyasında iştirak edib. Qeyd edək ki, talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək göstərmək məqsədilə keçirilən bu cür […]

Mingəçevir Dövlət Universitetində Monitorinq Qrupunun növbəti görüşü keçirilib

2024-cü il 27 dekabr tarixində Mingəçevir Dövlət Universitetində rektor v.m.i.e., Tədris məsələləri üzrə prorektor cənab Üzeyir Zeynalovun 06.12.2024-cü il tarixli , 01-02/518 nömrəli əmri ilə  tədrisin keyfiyyətinin mövcud vəziyyətinin öyrənilməsi və akkreditasiyaya hazırlıq məqsədilə yeni tərkibdə təsdiq olunmuş Monitorinq Qrupunun növbəti görüşü keçirilib. Görüşdə Monitorinq Qrupunun sədri Namaz Manafov və qrupun digər üzvləri iştirak edib. […]

Mingəçevir Dövlət Universitetində “Beş Məktub” kitabının təqdimatı keçirilib

Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Əfqan Dönməz və Rəvanə Nəsibovanın həmmüəllif olduqları “Beş Məktub” kitabının təqdimat mərasimi keçirilib. Tədbir universitetin Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərovanın giriş sözü ilə açılıb. Təqdimat zamanı kitab müəllifləri Əfqan Dönməz və Rəvanə Nəsibova öz təəssüratlarını bölüşüblər. Kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru Günel Yunusova isə əsərin […]

Bakı Avrasiya Universitetində təyyarə qəzasında dünyasını dəyişən tələbəmiz Mahmud Tutunçiyevin xatirəsi anılıb

Bakı Avrasiya Universitetinin (BAAU) Marketinq ixtisasının III kurs tələbəsi Mahmud Tutunçiyev 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında baş vermiş qəza nəticəsində həyatını itirib. Universitetin girişində M.Tutunçiyevin əziz xatirəsini anmaq üçün xatirə guşəsi yaradılıb. BAAU-nun rəhbərliyi, akademik-inzibati heyət üzvləri və tələbələr guşənin […]