Browsing monthly archive

Noyabr 2024

Gənc diplomatlar üçün “Yaşıl dünya naminə simulyasiya konfransı” layihəsi uğurla reallaşdırılıb.

Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2023” fərdi qrant müsabiqəsinin qalibi olmuş gənc diplomatlar üçün “Yaşıl dünya naminə simulyasiya konfransı” layihəsi uğurla reallaşdırılıb. “Layihənin reallaşdırılmasında məqsəd gənclərin ekoloji məsuliyyət və dayanıqlı inkişaf mövzularında maarifləndirilməsi olub. “AzMUN” Proqramının təşkilati dəstəyi ilə Bakı Avrasiya Universitetində keçirilən layihə uğurla başa çatıb”. Layihə rəhbəri, həmçinin “diplomatiya, beynəlxalq münasibətlər, […]

MDU-da “Karyera planlaması” adlı növbəti modul təlimlər keçirilib

18, 19 və 20 noyabr 2024-cü il tarixlərində Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Karyera planlaması” adlı üç modullu təlim uğurla həyata keçirildi. Təlim Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulmuşdur və onların öz işgüzar keyfiyyətlərini inkişaf etdirmək, karyera planlamaq və əmək bazarında rəqabət qabiliyyətlərini artırmaq məqsədi daşıyırdı. Təlim, Biznes və menecment kafedrasının baş müəllimi […]

MDU-da narkomaniya ilə mübarizəyə həsr edilmiş elmi-praktik seminar keçirilib

2024-cü il noyabrın 20-də Mingəçevir Dövlət Universitetində (MDU) ˝ Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsinin təmin edilməsi˝ mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib. Seminara moderatorluq edən MDU-nun hüquqşünası Polad Atayev giriş sözü ilə çıxış edərək […]

MDU-da “İcbari tibbi sığorta nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib

2024-cü ilin noyabrın 19-da Mingəçevir Dövlət Universitetində (MDU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir şəhər filialının təşkilatçılığı ilə “İcbari tibbi sığorta nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib. Filialın rəhbəri Adil Həsənov tərəfindən iştirakçılara icbari tibbi sığorta sistemi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri haqqında ətraflı […]

Mingəçevir Dövlət Universitetində Beynəlxalq Tələbə Günü münasibətilə bayram tədbiri keçirilib

Noyabrın 17-də Mingəçevir Dövlət Universitetinin Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin və TGT nəzdnində fəaliyyət göstərən CreArt klubunun tələbələrinin birgə təşkilatçılığı ilə Beynəlxalq Tələbə Günü münasibətilə “Tələbə həyatının düşüncələri və yeni çağırışlar” adlı bayram tədbiri keçirilib. Tədbirdə universitetin tələbə, habelə professor-müəllim heyəti iştirak edib. Tədbiri giriş sözü ilə açan MDU-nun rektor v.m.i.e. Üzeyir Zeynalov bildirib […]

Oyunçu, yoxsa qalib?

Oyunlar, yarışlar keçirilən zaman hamının diqqəti adətən oyunçularda olur. Onların oyununu maraqla izləyirsən, müəyyən vaxt ərzində onların adlarını belə öyrənirsən. Oyununu bəyəndiyin oyunçunun isə həmişəlik azarkeşi olursan. Lakin oyunu daha diqqətlə izləyən, narahat-narahat kənarda var-gəl edən, bəzən əl-qol hərəkətləri ilə oyunçulara nəsə başa salan, bəzən də hakim ədalətsizliyinə dözməyib müdaxilə edən daha biri olur, bəli […]

Bakı Avrasiya Universitetində “Avtomobilsiz hərəkət edək” aksiyası keçirilib

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və COP29 çərçivəsində ekoloji məsuliyyətin artırılması məqsədilə Bakı Avrasiya Universitetində (BAAU) “Avtomobilsiz hərəkət edək” adlı aksiya təşkil olunub. Aksiyada universitetin akademik-inzibati heyəti və tələbələr piyada, velosiped, skuter və ictimai nəqliyyat vasitələrindən (avtobus və metro) istifadə edərək universitetə gediblər. Aksiyanın əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərindən (Sustainable Development […]

Bakı Avrasiya Universitetində 8 Noyabr- Zəfər Günü qeyd edilib

Bakı Avrasiya Universitetində (BAAU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, prof. Hikmət Məmmədov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov, universitetin şəhidi Anar İsgəndərovun atası Vahid İsgəndərov, hərbi ekspert Ramil Məmmədli, Azərbaycan […]

Noyabrın 9-da Mingəçevir şəhərində Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

“Dövlət Bayrağı Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü  günü kimi rəsmiləşdirib. Həmin tarixdən sonra hər il noyabr ayının 9-da ölkəmizin bütün bölgələrində Dövlət Bayrağı Günü  böyük təntənə ilə qeyd edilir.  Mingəçevirin Bayraq Meydanında keçirilən tədbirdə […]

MDU-da “ZƏFƏR Günü”nə həsr olunan dəyirmi masa

2024-cü il noyabrın 6-da Mingəçevir Dövlət Universitetində  “ZƏFƏR Günü”nə həsr olunan “Zəfərin zirvəsinə aparan qəhrəmanlıq salnaməsi” mövzusunda dəyirmi masa keçirilib. Universitetin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri, Təhsil fakültəsinin tələbə və magistrantları iştirak edib.  İlk növbədə, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla […]