Browsing monthly archive

Noyabr 2024

“Söz Sərrafı – Natiqlik Məktəbi” layihəsinin icrası başa çatıb

Azərbaycan Respublikasınin Gənclər Fondunun maliyyə dəstəyi və Ağstafa Gənclər Evinin təşkilatı dəstəyi ilə “Söz Sərrafı – Natiqlik Məktəbi” layihəsinin sonuncu mərhələsi olan Natiqlik Müsabiqəsi keçirilib. Natiqlik Müsabiqəsinin şərtlərinə uyğun olaraq, gənclər komandalara bölünüblər və məhdud vaxt ərzində onlara verilən tapşırıq əsasında təqdimat hazırlayıblar. Yekun qiymətləndirmə əsasında üç komandanın komanda işi birinci, ikinci və üçüncü yer […]

“SDG’s with Famous” layihəsinin final mərhələsi baş tutub

Layihənin bu mərhələsində hər bir komanda öz mentorlarının dəstəyi ilə uzun müddətdir ki, üzərində işlədikləri komandalarına uyğun dayanıqlı inkişaf layihələrini təqdim ediblər. Belə ki, “Yoxsulluğa Son”; “Keyfiyyətli Təhsil”; “Gender bərabərliyi”; “Sənaye, İnnovasiya və İnfrastruktur”; “İqlim fəaliyyəti” və “Məqsədlər üçün Tərəfdaşlıq” komandaları bu mərhələdə öz dayanıqlı inkişaf layihələrini təqdim ediblər. Layihələr 4 fərqli münsif tərəfindən dəyərləndirilib. […]

“Gənclər arasında könüllülüyün təbliği” layihəsinin icrası başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondu və Kürdəmir Gənclər Evinin tərəfdaşlığı ilə “Gənclər arasında könüllülüyün təbliği” layihəsinin icrası başa çatıb. İyirmi gənc könüllünün iştirak etdiyi layihə “İdeyanı Reallaşdır – 2023” müsabiqəsinin qalibi, layihə rəhbəri Bakı Dövlət Universitetinin dövlət və ictimai münasibətlər ixtisası üzrə 3-cü kurs tələbəsi Əliyeva Sona Rahman qızı layihə iştirakçılarına təşəkkür edib, onlara uğurlar arzu […]

MDU-da “Dövlət qulluğunun üstünlükləri: dəyişikliklər və perspektiv planlar” mövzusunda seminar keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Təcrübə və Karyera İnkişafı mərkəzinin təşkilatçılığı ilə “Dövlət qulluğunun üstünlükləri: dəyişikliklər və perspektiv planlar” mövzusunda seminar keçirilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müavinləri Elşad Əliyev və Rauf Əliyevin təqdimatında keçirilən seminarda MDU-nun bir qrup tələbə və magistrantı iştirak edib. Seminarda müvafiq […]

MDU-da “Rəqəmsal bacarıqların inkişafı” mövzusunda silsilə təlimlərə start verilib

25 noyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin təşkilatçılığı ilə Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin universitetin professor-müəllim heyəti üçün nəzərdə tutulan “Rəqəmsal bacarıqların inkişafı” mövzusunda 4 modulda silsilə təlimlərinə start verilib. Təlimi giriş sözü ilə Keyfiyyət təminat və davamlı inkişaf şöbəsinin baş mütəxəssisi Lamiyə İbrahimova açıb. Qeyd […]

Mingəçevir Dövlət Universitetinin rektor v.m.i.e. Üzeyir Zeynalov magistrantlarla görüşüb

2024-cü ilin noyabrın 22-də Mingəçevir Dövlət Universitetinin rektor v.m.i.e. Üzeyir Zeynalov magistrantlarla görüşüb. Universitetdə keçirilən çoxsaylı nəzəri və praktiki təlim, seminar və pedaqoji hazırlıqlarla yanaşı, magistratura səviyyəsində elmi tədqiqat istiqamətinin mühüm yer tutduğunu diqqətə çatdıran Ü.Zeynalov magistrantları elmi tədbirlərdə fəal olmağı, MDU-da yaradılan bütün imkanlardan faydalanmağı tövsiyə edib. Sonra, magistratura təhsilinin məzmunu, bu sahədə mövcud […]

MDU-da elmi-praktik seminar keçirilib

22 noyabr 2024-cü ildə Mingəçevir Dövlət Universiteti (MDU) və Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailə ənənələrinin möhkəmləndirilməsi, sağlamlığın qorunması, sağlam qidalanmanın təbliği, erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri və insan alverinə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbirdə MDU-nun akademik heyət üzvləri və tələbələr iştirak edib. MDU-nun Elm […]

Mingəçevirdə valideyn forumu keçirilib

Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli tam orta məktəbdə ümumi təhsil müəssisələrinin direktorları və valideyn komitə sədrləri ilə görüş keçirilib. Görüş zamanı təhsildə son üç ildə görülən işlər, həyata keçirilən layihələr, inkişaf dinamikası, vətəndaş müraciətləri, yaranan problemlər və həlli istiqamətində görülən işlər, qarşıya qoyulan hədəflər müzakirə olunub. Yekunda valideynlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Məktəbəqədər təhsil müəssisələrində çalışanlarla görüş keçirilib

Noyabrın 22-də Mərkəzi Aran Regiona Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov idarənin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin müdirləri və digər əməkdaşları ilə görüşüb. Görüş idarənin inzibati binasında keçirilib. Görüşdə idarənin struktur bölmə rəhbərləri, yerli təhsil sektorlarlarının müdirləri və dövlət qulluqçuları iştirak edib. Görüş zamanı Cavad müəllim bir sıra məqamlardan söz açıb. […]

COP29: İqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanın strateji rolu və Naxçıvanın siyasi mövqeyi

COP29: İqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanın strateji rolu və Naxçıvanın siyasi mövqeyi İqlim dəyişikliyi, XXI əsrin ən böyük qlobal problemlərindən biri olaraq, dünya ölkələrinin qarşısında ciddi çağırışlar təqdim edir. Bu kontekstdə, COP29-un Azərbaycanın ev sahibliyində keçirilməsi ölkəmiz üçün həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. Azərbaycanın coğrafi mövqeyi, zəngin təbii resursları və regional gücü, bu […]