Browsing daily archive

Noyabr 26, 2024

“Söz Sərrafı – Natiqlik Məktəbi” layihəsinin icrası başa çatıb

Azərbaycan Respublikasınin Gənclər Fondunun maliyyə dəstəyi və Ağstafa Gənclər Evinin təşkilatı dəstəyi ilə “Söz Sərrafı – Natiqlik Məktəbi” layihəsinin sonuncu mərhələsi olan Natiqlik Müsabiqəsi keçirilib. Natiqlik Müsabiqəsinin şərtlərinə uyğun olaraq, gənclər komandalara bölünüblər və məhdud vaxt ərzində onlara verilən tapşırıq əsasında təqdimat hazırlayıblar. Yekun qiymətləndirmə əsasında üç komandanın komanda işi birinci, ikinci və üçüncü yer […]

“SDG’s with Famous” layihəsinin final mərhələsi baş tutub

Layihənin bu mərhələsində hər bir komanda öz mentorlarının dəstəyi ilə uzun müddətdir ki, üzərində işlədikləri komandalarına uyğun dayanıqlı inkişaf layihələrini təqdim ediblər. Belə ki, “Yoxsulluğa Son”; “Keyfiyyətli Təhsil”; “Gender bərabərliyi”; “Sənaye, İnnovasiya və İnfrastruktur”; “İqlim fəaliyyəti” və “Məqsədlər üçün Tərəfdaşlıq” komandaları bu mərhələdə öz dayanıqlı inkişaf layihələrini təqdim ediblər. Layihələr 4 fərqli münsif tərəfindən dəyərləndirilib. […]

“Gənclər arasında könüllülüyün təbliği” layihəsinin icrası başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondu və Kürdəmir Gənclər Evinin tərəfdaşlığı ilə “Gənclər arasında könüllülüyün təbliği” layihəsinin icrası başa çatıb. İyirmi gənc könüllünün iştirak etdiyi layihə “İdeyanı Reallaşdır – 2023” müsabiqəsinin qalibi, layihə rəhbəri Bakı Dövlət Universitetinin dövlət və ictimai münasibətlər ixtisası üzrə 3-cü kurs tələbəsi Əliyeva Sona Rahman qızı layihə iştirakçılarına təşəkkür edib, onlara uğurlar arzu […]

MDU-da “Dövlət qulluğunun üstünlükləri: dəyişikliklər və perspektiv planlar” mövzusunda seminar keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Təcrübə və Karyera İnkişafı mərkəzinin təşkilatçılığı ilə “Dövlət qulluğunun üstünlükləri: dəyişikliklər və perspektiv planlar” mövzusunda seminar keçirilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müavinləri Elşad Əliyev və Rauf Əliyevin təqdimatında keçirilən seminarda MDU-nun bir qrup tələbə və magistrantı iştirak edib. Seminarda müvafiq […]

MDU-da “Rəqəmsal bacarıqların inkişafı” mövzusunda silsilə təlimlərə start verilib

25 noyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin təşkilatçılığı ilə Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin universitetin professor-müəllim heyəti üçün nəzərdə tutulan “Rəqəmsal bacarıqların inkişafı” mövzusunda 4 modulda silsilə təlimlərinə start verilib. Təlimi giriş sözü ilə Keyfiyyət təminat və davamlı inkişaf şöbəsinin baş mütəxəssisi Lamiyə İbrahimova açıb. Qeyd […]