Browsing monthly archive

Noyabr 2024

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Türkiyənin İstanbul Gedik Universitetində olmuşlar

MDU-nun Elmi işlər üzrə prorektor əvəzi prof. Veysəl Əyyubov və Dayanılqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzinin müdiri dos. Asim Məmmədovdan ibarət nümayəndə heyəti Türkiyənin Gedik Universitetində olmuşdur. Keçirilən görüşlərdə universitetlər arasında əməkdaşlıq imkanları geniş müzakirə olunmuşdur. 29 noyabr 2024-cü il tarixində MDU nümayəndə heyəti İstanbul şəhərində yerləşən İstanbul Gedik Universitetini ziyarət etmişlər. Nümayəndə heyətini […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Türkiyənin Düzce Universitetində olmuşlar

MDU-nun Elmi işlər üzrə prorektor əvəzi prof. Veysəl Əyyubov və Dayanılqlı inkişaf və  regional innovasiyalar tədqiqat mərkəzinin müdiri dos. Asim Məmmədovdan ibarət nümayəndə heyəti Türkiyənin Düzce Universitetində  olmuşlar. Keçirilən görüşlərdə universitetlər arasında əməkdaşlıq imkanları geniş müzakirə olunmuşdur. 28 noyabr 2024-cü il tarixində MDU-nun nümayəndə heyəti Düzcə Universitetinin rektoru Prof. Dr. Nedim Sözbirlə görüşdü. Prof. Veysəl […]

Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” mövzusuna həsr edilmiş XVIII elmi konfransı keçirilib

2024-cü ilin noyabrın 29-da Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” mövzusuna həsr edilmiş XVIII elmi konfransı keçirilib. Konfransda MDU-nun Təhsil fakültəsinin dekanı, dosent Nizami  Zeynalov, universitet TEC-in sədri b/m. Günəş Şəfaqətov ilə yanaşı, bir qrup akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib. […]

Mingəçevir Dövlət Universitetində “Rəqəmsal bacarıqların inkişafı üzrə” silsilə təlimlər başa çatıb

2024-cü ilin 27 noyabr tarixində MDU rəhbərliyinin dəstəyi, Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin və Rəqəmsal inkişaf və layihələrin idarə edilməsi şöbəsinin birgə təşkilatçılığı ilə 2024/2025-ci tədris ilinin birinci rübündə professor-müəllim heyəti üçün 4 modulda təşkil olunan “Rəqəmsal bacarıqların inkişafı üzrə” silsilə təlimlər başa çatıb. Təlimdə 120-yə yaxın əməkdaş iştirak edib. Keyfiyyət təminat və davamlı […]

Bakı Avrasiya Universiteti: Təhsil və sənaye əməkdaşlığında yeni yönlər

Bakı Avrasiya Universiteti (BAAU) ölkənin aparıcı təhsil müəssisələrindən biri kimi, tələbə və məzunlarının gələcək karyeralarında uğur qazanmaları üçün geniş imkanlar yaradır. Universitet təhsilalanların nəzəri biliklərini praktik bacarıqlara çevirmək məqsədilə dövlət, özəl sektor və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıqlar etməkdədir. Bu əməkdaşlıqlar tələbələrin təcrübə qazanması, peşəkar əlaqələr qurması və məzun olduqdan sonra iş imkanlarına sahib olması […]

Mingəçevir İcması maarifləndirmə tədbirlərini davam etdirir

Mingəçevir İcması olaraq maarifləndirmə tədbirləri davam etdirilir. Fəaliyyət planına əsasən təlimçi Şəbnəm İslamova tərəfindən “İnsanın yaşıllıqlar aləminə təsirinin ekoloji nəticələri” və “Bərpa olunan enerji mənbələri” mövzusunda təlim təşkil olunub. Təlimin əsas məqsədi iştirakçıları ekoloji problemlər, insan fəaliyyətinin təbiətə təsiri və alternativ enerji mənbələrinin əhəmiyyəti haqqında maarifləndirmək olub. Təlim zamanı Şəbnəm İslamova insanın təbii mühitə təsirlərinin […]

MDU-da Mingəçevir şəhər Polis Şöbəsinin maarifləndirici tədbiri keçirilib

2024-ci ilin 26 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təcrübə və karyera inkişafı mərkəzi və Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə “Müasir dövrdə informasiya kommunikasiya texnologiyalarının rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə şəhər polis əməkdaşı Rövşən İsmayılov, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan MDU-nun Mühəndislik fakültəsinin dekanı […]

MDU-da Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti elmi konfransı keçirilib

2024-cü ilin noyabrın 25-də Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsində “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin “Zəfərimiz və yaşıl dünya: ekoloji məsuliyyət və birlik ruhu” mövzusuna həsr edilmiş XVIII elmi konfransı keçirilib. Konfransda MDU-nun Elm və İnnovasiya şöbəsinin müdiri, dos. V.Mustafayev, universitet TEC-in sədri b/m. G.Şəfaqətov ilə yanaşı, bir qrup akademik-inzibati heyət üzvləri, […]

MDU-da Karyera planlaması fənnindən praktik məşğələ keçilib

25 noyabr 2024-cü ildə Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisasında təhsil alan M24.1 və M24.2 saylı qruplarında tədris olunan “Karyera planlaması” fənninin məşğələ dərsində Mingəçevir Dövlət Universitetinin fəxri məzunlarından biri, 2010-2014-cü illərdə bakalavriat təhsil səviyyəsində, 2014-2016-cı tədris illərində isə magistratura səviyyəsində təhsil almış və hazırda Sabirabad “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru […]

MDU-da tələbələrin elmi-praktik seminarı keçirilib

2024-cü il noyabrın 25-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində Fizika və Kimya dərnəyinin təşkilatçlığı ilə “Həyatımız təbiət elmlərinin gözü ilə” mövzusunda tələbələrin elmi-praktik seminarı keçirilib. Seminarda giriş sözü ilə çıxış edən MDU-nun Fizika və Ekologiya kafedrasının müəllimi Xəyalə Hüseynzadə təşkil olunan seminarın tələbələrin elmi fəaliyyətə marağının artırılması işinə töhfə məqsədi daşıdığını […]