Browsing monthly archive

Oktyabr 2024

Mingəçevir Dövlət Universitetində Energetiklər gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

21 oktyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Energetiklər gününə həsr olunmuş, “Azərbaycan energetikasının dayanıqlı inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda universitetin akademik heyəti, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, “Azərbaycan İES” MMC-nin əməkdaşları ilə yanaşı, şəhərin media nümayəndələri də iştirak edib. Tədbir əvvəlcə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla […]

Mingəçevir İcma İnkişaf Mərkəzi şəhərin ekoloji problemlərinin həlli üçün ekspertlər və gənclərlə görüş keçirib

Mingəçevir İcma İnkişaf Mərkəzinin təşəbbüsü ilə şəhərdə müxtəlif sahələrdə çalışan və müxtəlif sektorları təmsil edən şəxsləri bir araya gətirən  görüş keçirilib. Səmimi şəraitdə baş tutan görüşdə Mingəçevir İşıqları qəzetinin redaktoru, Mingəçevir Resurs Mərkəzinin piar meneceri Yeganə Nəbiyeva, Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakultəsinin Fizika və Ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova, Mingəçevir şəhər 8 saylı Regional Ekologiya […]

Mingəçevir Dövlət Universitetində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş elmi-praktiki seminar keçirilib

18 oktyabr 2024-cü il tarixində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş elmi-praktiki seminarda şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiridə Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov çıxış edərək “Azərbaycan Müstəqilliyinin dünəni və bu günü” mövzusunda ətraflı danışıb. Nizami Zeynalov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin apardığı haqq savaşının müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və əbədi […]

Mingəçevir Dövlət Universitetində Tyutorlara keyfiyyət təminatı üzrə təlim keçirilib

Mingəçevir Dövlət Universitetində Keyfiyyət Təminatı və Davamlı İnkişaf Şöbəsi tərəfindən tyutorlara keyfiyyət təminatı sistemi və bu sahədə aparılan işlər barədə genişmiqyaslı təlim keçirilib. Təlimin əsas məqsədi universitetin keyfiyyət təminatı mexanizmi haqqında tyutorlara ətraflı məlumat vermək, keyfiyyət təminatı mədəniyyətinin formalaşdırılması və bu istiqamətdə həyata keçirilən siyasətin izah edilməsi olub. Təlimə rəhbərlik edən Keyfiyyət təminatı və davamlı […]

Mingəçevir Dövlət Universitetində Xaricdə təhsil təcrübə proqramı ilə bağlı məlumatlandırıcı görüş keçirilib

MDU-da Beynəlxalq Əməkdaşlıq Ofisinin rəhbəri Samirə Əhmədovanın təqdimatında universitetin tələbə heyətinə beynəlxalq mübadilə proqramları barədə ətraflı məlumat verilib. Samirə Əhmədova görüş zamanı beynəlxalq təhsil imkanlarının gənclərin peşəkar və akademik inkişafında oynadığı önəmli rolu vurğulayıb. Xaricdə təhsil almaq istəyən tələbələrin qarşısında duran şərtləri və müraciət üçün lazım olan sənədlərin siyahısını təqdim edib. S. Əhmədova, həmçinin bir […]

Mingəçevir Dövlət Universitetində “Karyera Planlaması” fənnindən açıq dərs keçirilib

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Mq24.1 saylı qrupunda “Karyera planlaması” fənnindən açıq dərs keçirilib. Sənayenin təşkili və idarətmesi kafedrasının baş müəllimi Zaur Rəsulov tərəfindən tədris edilən açıq dərs  “Karyera planlamasının mərhələləri” mövzusuna həsr olunub. Açıq dərsin əsas məqsədi karyeranın idarə edilməsi sisteminin qurulması və karyera planlaması mərhələləri barədə tələbələrə ətraflı izahat vermək olub. Dərsdə tələbələr […]

Mingəçevir Dövlət Universitetində DİGİTAL MARKETİNQ təlimlərinə start verilib

Mingəçevir Dövlət Universitetinin inkişaf strategiyasının icrası çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və tədris prosesinin rəqəmsallaşdırılmasına yönəlmiş hədəfə çatmaq üçün universitet rəhbərliyinin yüksək qayğısı və diqqəti nəticəsində İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə əməkdaşlar və tələbələr üçün Digital Marketinq təliminə start verilib.  Təlim Beynəlxalq sertifikatlı mütəxəssis Nicat Əliyev tərəfindən onlayn formatda Google Meet platforması üzərindən keçirilir. Təlim proqramı […]

Mingəçevir Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Energetiklər” gününə həsr olunmuş elmi seminar keçirilib

16 oktyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində “Ənənəvi enerjidən yaşıl enerjiyə keçid” mövzusunda elmi seminar keçirilib. Seminar, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, Azərbaycanın enerji sektorunda həyata keçirilən ekoloji və davamlı inkişaf yönümlü islahatlara həsr olunub. Tədbir, universitetin Energetika kafedrasının müdiri Ülkər Aşurovanın moderatorluğu ilə həyata keçirilib. Seminarda Mingəçevir Dövlət Universitetinin mühəndislik fakültəsinin dekanı […]

Mingəçevir Dövlət Universitetində korrupsiyaya qarşı mübarizə üzrə seminar keçirilib

16 oktyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində elmi-praktik seminar keçirilib. Tədbirdə korrupsiya ilə mübarizənin vacibliyi və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məsələləri müzakirə olunub. Seminar MDU-nun əsas binasında, 107 nömrəli auditoriyada baş tutub və universitetin Elm və İnnovasiyalar şöbəsinin müdiri Vüqar […]

Mingəçevir Dövlət Universitetinin tələbələri Mingəçevir SES-ə ekskursiyası edib

16 oktyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mexanika kafedrasının Sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan bir qrup tələbəsi Mingəçevir Su Elektrik Stansiyasına (SES) ekskursiya ediblər. Bu ekskursiya, kafedranın fəaliyyət planına uyğun olaraq, Universitet-Sənaye işbirliyi çərçivəsində təşkil olunmuşdur və tələbələrə nəzəri biliklərini real sənaye mühiti ilə əlaqələndirmək imkanı verir. Ekskursiya zamanı Mingəçevir SES-in texniki […]