Browsing monthly archive

Oktyabr 2024

Mingəçevir Dövlət Universitetində “Məişət zorakılığına qarşı hamılıqla mübarizə aparaq” mövzusunda elmi-praktiki seminar keçirilib

Oktyabrın 24-də Mingəçevir Dövlət Universitetində “Məişət zorakılığına qarşı hamılıqla mübarizə aparaq” mövzusunda elmi-praktiki seminar keçirilib. Bu tədbir, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təşkil olunub. Seminarda Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elşən Əliyev, […]

Mingəçevir Dövlət Universitetində Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində “COP29 və iqlim dəyişiklikləri haqqında bildiklərimiz” adlı intellektual yarış keçirilib

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində “COP29 və iqlim dəyişiklikləri haqqında bildiklərimiz” adlı intellektual yarış təşkil olunub. Yarışın açılışında universitetin rektoru vəzifəsini müvəqqəti icra edən, tədris işləri üzrə prorektor Üzeyir Zeynalov, iqlim dəyişikliyi ilə mübarizənin gənclər üçün vacibliyini vurğulayıb, tədbirin bu sahədəki maarifləndirmə işlərinə mühüm töhfə verəcəyini qeyd edərək, Azərbaycanın […]

Mingəçevir Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası uğurla davam edir. Bu aksiyanın keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin qorunmasına və təbiətə qayğı göstərməyə yönəlik maarifləndirici işlər aparmaqdır. Universitet rəhbərliyinin, tələbələrin və əməkdaşların fəal iştirakı ilə baş tutan aksiyada müxtəlif növ ağaclar əkilərək yaşıllıq sahələri genişləndirilir. Aksiyanın məqsədi, yalnız yaşıllıqları […]

Bakı Avrasiya Universiteti “Yaşıl dünya naminə hərməylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

23 oktyabr 2024-cü il tarixdə Bakı Avrasiya Universiteti (BAAU) Nərimanov rayonu ərazisində yerləşən parkda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil edib. Ekoloji davamlılığı təmin etmək, ətraf mühiti qorumaq və yaşıllaşdırmaq məqsədilə keçirilən aksiyada BAAU-nun akademik və inzibati heyəti, həmçinin tələbələr iştirak ediblər. Park ərazisində BAAU kollektivi tərəfindən 100 ağac əkilib, suvarılıb və […]

“Sağlam Yaşam”a gəlin

“SAĞLAM YAŞAM” Sosial Sahibkar Müəssisəsi Mingəçevir Resurs Mərkəzinin nəzdində  yaradılıb və 2024-cü ilin oktyabr ayından fəaliyyətə başlayıb. “Vahid pəncərə”də psixoloji dəstək, hüquqi yardım və mühasib məsləhəti verir. Qarabağ qaziləri və işsiz gənc analara xidmətlər güzəştlidir. Psixoloji dəstək: Özünə qapanma Özünə inamsızlıq Mənfi düşüncə Post travmativ vəziyyət Ematiya (qarşındakı insanı anlamaq) və adaptasiya problemləri Motivasiya Problemin […]

BAAU-da “Gələcəyə mən sahibəm” mövzusunda maarifləndirici diskussiya keçirilib

22 oktyabr 2024-cü il tarixdə Bakı Avrasiya Universitetində (BAAU) BMT Baş Assambleyasının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) həsr edilmiş “Gələcəyə mən sahibəm” mövzusunda maarifləndirici diskussiya keçirilib. Universitetin Tərcümə kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə BAAU-nun akademik və inzibati heyət üzvləri, həmçinin “Tərcümə (fransız dili)” ixtisasının IV kurs tələbələri […]

BAAU-nun tələbələri BMT modeli konfransda bilik və bacarıqlarını nümayiş etdiriblər

Bakı Avrasiya Universitetində (BAAU) “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Yaşıl Dünya Naminə” adlı simulyasiya konfransı keçirilib. Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır 2023” qrant müsabiqəsinin qalibi olmuş və gənclərin diplomatik bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş layihənin həyata keçirilməsində BAAU və AzMUN proqramı əsas tərəfdaş kimi çıxış edib. BAAU-nun “Beynəlxalq münasibətlər” ixtisasının III kurs tələbəsi […]

Mingəçevir Dövlət Universitetində “Poliqon” düşərgəsində iştirak edən tələbələrlə görüş keçirilib

22 oktyabr 2024-cü il tarixdə Mingəçevir Dövlət Universitetinin (MDU) rektor vəzifəsini müvəqqəti icra edən, Üzeyir Zeynalov “Poliqon” hərbi-vətənpərvərlik düşərgəsində iştirak edən tələbələrlə görüş keçirib. Görüş zamanı Üzeyir Zeynalov tələbələrin düşərgədə göstərdikləri yüksək nizam-intizamı və fəallığı xüsusi qiymətləndirərək, onlara universitetin sosial və ictimai həyatındakı aktiv iştiraklarına görə təbrik edib. Çıxışında Üzeyir Zeynalov bu cür tədbirlərin tələbələr […]

Mingəçevir Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İnklüziya” xeyriyyə rəsm-satış sərgisi keçirilib

Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin Pedaqogika və Psixologiya kafedrası tərəfindən təşkil olunan “İnklüziya” adlı rəsm-satış sərgisi geniş maraqla qarşılanıb. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan sərgidə tələbələrin inklüziv cəmiyyət mövzusunda, hazırladıqları əl işləri nümayiş etdirilib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndələri, Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova, məktəb direktorları, müəllimlər, ziyalılar,  […]

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası 21 oktyabr 2024-cü il tarixində keçirilib. İclasın gündəliyində 2025/2026-cı tədris ili üçün tələbə qəbulu proqnoz layihəsinin müzakirəsi əsas məsələ kimi diqqət mərkəzində olub. Gündəlikdə duran məsələ ilə bağlı çıxış edən universitetin rektoru vəzifəsini icra edən, tədris işləri üzrə prorektor Üzeyir Zeynalov, MDU-nun qarşısında qoyulan hədəflərə və tələbə qəbulu […]