Mingəçevir Dövlət Universitetində əmək bazarının nümayəndələri ilə silsilə görüşlər keçirilir
Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasında əmək bazarının nümayəndələri ilə görüş keçirlib. Tədbirin məqsədi “Sənaye mühəndisliyi”, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Nəqliyyat mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələrin gələcək karyera imkanlarını müzakirə etmək və əmək bazarına tələblərə uyğun kadr hazırlamaq olub. Tədbirin moderatoru, Mexanika kafedrasının müdiri dosent Mahir İsmayılov, görüşün əhəmiyyətini vurğulayaraq, belə tədbirlərin tələbələrin peşəkar […]