Müəllimlik mənim üçün sadəcə peşə deyil, bir missiyadır. Hər bir şagirdimin uğuru mənim üçün ən böyük mükafatdır
Təhsilli bir gələcək isə sağlam və güclü bir cəmiyyət deməkdir. Mən, Elçin İsgəndərov, bir müəllim olaraq, əldə etdiyim yüksək və uğurlu nəticələrə baxmayaraq, hər zaman ucqar kənd məktəblərində qalıb çalışmağı özümə borc bilmişəm. Şəhər məktəblərində şagirdlərin nəticələri yüksək olur. Sinifdə bir neçə şagirdin uğuru rəqabət mühitini yaradır və bu da bütün sinfi oxumağa təşviq edir. […]