Kür Sahilində Səhnələşən Obrazlar: Mingəçevir Dram Teatrının 57-ci Mövsümünün Təntənəli Açılışı
Mingəçevir Dövlət Dram Teatrının 57-ci mövsümünün təntənəli açılışı, şəhər sakinləri və teatrsevərlərin marağına səbəb olan unikal bir sənət bayramına çevrildi. 21 sentyabr tarixində Kür sahilində baş tutan tədbir şəhərin mədəni həyatında əlamətdar bir hadisə olaraq yadda qaldı. Ağdaş Regional Mədəniyyət İdarəsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti, eləcə də şəhərin media nümayəndələrinin iştirakı ilə […]