Mingəçevirdə keçmiş köçkünlərə peşə bacarıqları verildi
Sentyabrın 20-də Mingəçevir Media Mərkəzində “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsinin yekun mərasimi keçirilib. “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin və layihənin rəhbəri Fərman Nəbiyev bildirib ki, ötən 4 ay ərzində Mingəçevirdə məskunlaşan və qayıdışa hazırlaşan keçmiş köçkünlərin məşğulluq ehtiyacları araşdırılıb: “Bu məqsədlə 64 ailə arasında sorğu aparılıb, peşəyə daha çox […]