Cənub bölgəsində sağlam həyat tərzinin təbliği ilə bağlı layihə yekunlaşmışdır
Lənkəran rayonunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cənub bölgəsində gənclər arasında sağlam həyat tərzinin təbliği” adlı layihə uğurla başa çatmışdır. Layihə çərçivəsində ümumlikdə 40 nəfər gənc 2 gün boyunca narkomaniya və sağlam həyat tərzi ilə bağlı təlimdə iştirak etmiş, eləcə də “Natiqlik və effektiv təqdimatın keçirilməsi” mövzusunda təlim almışlar. Eyni zamanda həmin […]