Browsing monthly archive

Sentyabr 2024

MDU-da “Effektiv ünsiyyət” mövzusunda təlim keçirilib

2024-cü ilin 27 sentyabrında Mingəçevir Dövlət Universitetində (MDU) Təcrübə və Karyera İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Effektiv Ünsiyyət” mövzusunda təlim keçirilib. Azərbaycan Maarifçilər Assosiasiyasının sədri Tofiq Sadıxovun təqdimatı ilə keçirilən təlimdə MDU-nun gənc əməkdaşları və tələbələri iştirak edib. Təlimin 27 sentyabr – Anım Gününə təsadüf etdiyi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu […]

Zəfər yolumuzun Anım məqamı – 27 sentyabr

2024-cü ilin 27 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Zəfər yolumuzun Anım məqamı – 27 sentyabr” mövzusunda mühazirə təşkil olunub. Mühazirə 27 sentyabr – Anım Günü münasibətilə keçirilib və tədbir Azərbaycan xalqının qəhrəmanlıq tarixi, Vətən müharibəsində qazanılan böyük zəfər və torpaqlarımızın işğaldan azad olunması prosesinə həsr edilib. MDU-nun Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbir […]

MDU-da elektron universitet modelinin yaradılması ilə bağlı növbəti razılaşma əldə edilib

Mingəçevir Dövlət Universitetində (MDU) mdu.digitaledu.az saytı üzərindən qurulan “DigitalEdu” elektron universitet platforması ilə bağlı “TIM Consulting” şirkəti ilə növbəti əməkdaşlıq müqaviləsi imzalanıb. Bu münasibətlə MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov “TIM Consulting” şirkətinin rəhbəri Teymur Hacıyev ilə görüş keçirib. Görüşdə Rəqəmsal İnkişaf və Layihələrin İdarə olunması Şöbəsinin müdiri Elçin Tağıyev də […]

Mingəçevir Dövlət Universitetində Anım Günü qeyd edilib

25 sentyabr 2024-cü ildə Mingəçevir Dövlət Universitetində (MDU) 27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Zəfərə aparan Vətən müharibəsinin başlandığı gün” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər. Tədbir şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. MDU-nun […]

Mingəçevir Dövlət Universitetində Anım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

26 sentyabr 2024-cü ildə Mingəçevir Dövlət Universitetində (MDU) 27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Şərəf və Zəfər tarixi – 27 sentyabr” mövzusunda dəyirmi masa keçirilib. MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantlarının iştirak etdiyi tədbir şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova giriş nitqi ilə çıxış edərək, əvvəlcə […]

MDU-da seminar: Hotel və mehmanxana işinin təşkili

2024-cü ilin 23 sentyabrında Mingəçevir Dövlət Universitetinin (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Hotel və mehmanxana işinin təşkili” mövzusunda seminar keçirilib.  Seminarda universitetin bir qrup professor-müəllim heyəti üzvü və turizm ixtisasları üzrə təhsil alan tələbələri iştirak edib. İlk olaraq Mingəçevir Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev idarə haqqında geniş məlumat verib. Bildirib ki, […]

“Mingəçevir Maarifçiləri ilə Səhər Görüşü” keçirilib

28 sentyabr 2024-cü il tarixində Mingəçevirdə “Mingəçevir Maarifçiləri ilə Səhər Görüşü” adlı tədbir keçirilib. Beynəlxalq Müəllimlər Günü ərəfəsində baş tutan bu görüş #eyhörmətlimüəllim təşəbbüsü çərçivəsində təşkil olunub. Tədbirin əsas mövzusu “Yaxşı müəllim – yaxşı təhsil” idi və açıq ictimai debat formatında keçirilib. Görüşün moderatoru şəxsi inkişaf, karyera və təhsil eksperti, Azərbaycan Maarifçilər Assosiasiyasının sədri Tofiq […]

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri ilə görüş keçirilib

2024-cü il sentyabrın 23-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri ilə görüşərək, onlara uğurlar arzulayıb. Bütün auditoriyalara ayrı-ayrılıqda daxil olan prorektor tələbələrə universitet haqqında ətraflı məlumat verib, təhsilin əhəmiyyətindən, qarşıda duran hədəflərdən bəhs edib, […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid Qorxmaz İsgəndərovun məzarını və ailəsini ziyarət ediblər

2024-cü ilin 21 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş toqquşma zamanı şəhid olmuş universitetin məzunu İsgəndərov Qorxmaz İsgəndər oğlunun məzarını ziyarət edib. Onlar ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimiz üçün dualar oxuyublar. Sonra […]

MDU-da “COP29 – Azərbaycan” mövzusunda elmi-praktik seminar keçirilib

17 sentyabr 2024-cü ildə Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “COP29-Azərbaycan”  mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda MDU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib. Tədbiri giriş nitqi ilə açan MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova ölkəmizdə cari ilin noyabr ayında keçiriləcək, BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu Sessiyası […]