Mingəçevir Dövlət Universitetində “Tyutor xidməti – 2024” təlimlərinə start verilib
Mingəçevir Dövlət Universitetində (MDU) “Tyutor xidməti – 2024” təlim proqramına start verilib. Artıq ənənə halını almış təlim proqramında Mingəçevir şəhəri və ətraf rayonlardan olan 70-dən çox şəxs iştirak üçün haqq qazanıb. Universitetdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov “Tyutor xidməti” proqramına maraq göstərən […]