Browsing monthly archive

İyul 2024

Uşaqlar üçün yaddaqalan gün

Ailələrə Sosial Dayaq İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailələrin Sosial  Müdafiəsi” adlı layihəsini davam etdirir. Layihənin əsas məqsədi aztəminatlı ailələrin uşaqlarının sosial və mənəvi vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir. Layıhədə qarşıda duran əsas vəzifə uşaqların özlərini kəşf edə bilmələrini, yaşadıqları problemlərin öhdəsindən gələ bilmələrini, həyata daha pozitiv və real baxa bilmələrini, yaşam keyfiyyətlərini […]

Məhv olmuş meşələr

İmişli rayonu Kür-Araz ovalığı Mil düzünün Şimali və Muğan düzünün bir hissəsində yerləşir. Ümumi ərazisi 1890 km² olan rayonun yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimidir. Şimal sərhəddi boyunca Kür çayı, mərkəzi hissəsindən isə Araz çayı axır. Bitki örtüyü yarımsəhra tipidir. Quru çöl iqlimi şəraitində landşaftda bitkilər aləmində Tuqay meşələri xüsusi yer […]

Qeyb olmuş balıqlar

İmişli rayonunun Mirili kəndi Araz çayı hövzəsinin sahilboyu yaşayış məntəqələrindən biridir. Çaydan bir kilometrlik ərazidə yerləşən bu kiçik kənddə sakinlərin bəziləri asudə vaxtlarını həvəskar ovçu kimi balıq ovuna həsr edirlər. Kənd sakini Əlifağa Qasımov ov həvəskarı olduğu gənclik illərində-daha doğrusu, 1985-ci ildə çayın Mirili kəndindən keçən ərazisində iri bir naxa balığı ovladığını söyləyir. Şahidlərin sözlərinə […]

Cismən aramızdan getsə də Bayram Mustafanın yeri həmişə görünəcək

Bayram Mustafa uzun illər dövlət orqanlarında çalışsa da vətəndaş cəmiyyətinin, xüsusən mətbuatın dostu və hətta nümayəndəsi kimi yadda qaldı. Şəhərdə və ölkədə baş verən proseslərə qələmə sarılmaqla münasibətini bildirir, neqativ halları tənqid etməkdən çəkinmirdi. Mingəçevir dənizinin altında qalan Samux dərdi isə onun yaralı yeri idi. Kimsə bu mövzuya qeyri-peşəkarcasına yanaşanda dözmür, inciyir və hər yerdə, […]

Mingəçevirin dörd problemi ilə bağlı üç dövlət qurumuna müraciət göndəriləcək

20 iyul 2024-cü ildə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda Mingəçevirdə sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, işsizliyin aradan qaldırılması, bağ evlərinə və fərdi torpaq sahələrinə suvarma suyunun verilməsi və Sahil parkında əhalinin istirahətinin normal təşkil olunması ilə bağlı məsələlər müzakirə olunub. Birinci məsələ barədə şura sədrinin müavini Vaqif Həsənov məlumat […]

Murovdağ istiqamətində itkin düşən şəhid 30 ildən sonra torpağa tapşırılıb

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş şəhid Hümbətov Bəxtiyar Əliş oğlunun dəfn mərasimi keçirilib. Mərasimə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, şəhidin ailə üzvləri,  hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları […]

Mingəçevir Dövlət Dram Teatrı 56 -cı mövsümə “Subaylarınızdan Görəsiniz” tamaşası ilə yekun vurdu

18.07.2024 tarixində teatrsevərlər Mingəçevir Dövlət Dram Teatrına axın etmişdilər. Sezonun yekun tamaşasını izləmək üçün hər kəs zalda öz yerini tutmuşdu. Tamaşadan əvvəl səhnəyə çıxaraq şəhər sakinlərini salamlayan Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan 56-cı mövsümdə teatrın uğurlarından bəhs etdi. Azərbaycan mədəniyyətinin zənginliyini və teatr sənətimizin inkişafını […]

MDU tələbəsi Dövlət Vergi Xidmətinin sertifikatına layiq görülüb

Mingəçevir Dövlət Universitetinin (MDU) “Maliyyə” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Aytəkin Vəliyeva 2024-cü ilin may-iyun ayları ərzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Vergi orqanlarında könüllü fəaliyyətin təşkili” mövzusunda keçirilən təlimləri uğurla başa vurub. Bununla əlaqədar olaraq MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov A.Vəliyeva […]

MDU-nun dosenti Mahir İsmayılovun yeni dərsliyi çap olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Mexanika kafedrasının müdiri, dosent, Vətən müharibəsi iştirakçısı Mahir İsmayılovun müəllifi olduğu “İxtisasa giriş” adlı dərs vəsaiti nəşr olunub. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində çap olunmuş dərs vəsaitində sənaye sahələri, təsnifatı, yüngül sənaye, maşınqayırma və metal emalı sənayesi, qida sənayesi, metallurgiya sənayesi, energetika sənayesi, tikinti materialları sənayesi, sənaye sahələrində istifadə olunan […]

MDU-nun Elmi Şurasının növbəti iclası keçirilib

2024-cü il iyulun 9-da Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. MDU-nun rektor vəfizəsini müvəqqəti icra edən, tədris mələləri üzrə prorektoru Üzeyir Zeynalov iclasın gündəliyində duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. İclasda “MDU-da elm və innovasiya fəaliyyəti haqqında”, “Magistratura və Doktorantura Təhsil Mərkəzinin fəaliyyəti haqqında (tədrisin keyfiyyəti, elmi fəaliyyət, magistrant və doktorantlarla iş)”, […]