Mingəçevir Dövlət Dram Teatrı 56 -cı mövsümə “Subaylarınızdan Görəsiniz” tamaşası ilə yekun vurdu
18.07.2024 tarixində teatrsevərlər Mingəçevir Dövlət Dram Teatrına axın etmişdilər. Sezonun yekun tamaşasını izləmək üçün hər kəs zalda öz yerini tutmuşdu. Tamaşadan əvvəl səhnəyə çıxaraq şəhər sakinlərini salamlayan Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan 56-cı mövsümdə teatrın uğurlarından bəhs etdi. Azərbaycan mədəniyyətinin zənginliyini və teatr sənətimizin inkişafını […]