Mingəçevirdə məskunlaşan keçmiş köçkünlərə psixologiya dərsləri
“Mingəçevir Valideynlər Assosiasiyası” (MVA) İctimai Birliyi 2024-cü ilin iyun ayından “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsinə başlayıb. İlkin mərhələdə 65 ailə arasında canlı sorğu keçirilib, bundan sonra peşəyə daha çox ehtiyacı olan 10 köçkün təlimlərə cəlb olunub. 1-2 iyul 2024-cü ildə Mingəçevir Media Mərkəzində psixoloji mövzuda ilk təlim baş tutub. […]