Browsing monthly archive

İyun 2024

MDU-da 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlanıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına başlanılıb. İmtahan sessiyası Azərbaycan Respublikasının Elm və təhsil nazirinin “2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinin tələbləri gözlənilməklə təşkil ediləcəkdir. Qeyd olunan sənəd əsasında MDU üzrə verilmiş müvafiq əmrdə hər bir struktur bölməyə konkret tapşırıqlar verilib, dəqiq funksional […]

MDU-da turizm işinin təşkili ilə bağlı təlim keçirilib

2024-cü ilin 4 iyununda Mingəçevir Dövlət Universitetində (MDU) “Turizm işinin təşkili və idarəolunması” adlı təlim keçirilib. MDU-nun Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə baş tutan təlimdə universitetin müəllim heyəti, “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələri iştirak edib. MDU-nun İqtisadiyyat kafedrasının müəllimi Samirə Mustafayeva təlimin mahiyyətindən bəhs edib. Bildirib ki, bir ölkə […]

MDU-da korrupsiyaya qarşı mübarizə mövzusunda seminar keçirilib

2024-cü ilin 31 mayında Mingəçevir Dövlət Universitetində (MDU) “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” ilə əlaqədar görüləcək işlər mövzusunda elmi-praktik seminar keçirilib. Tədbirdə MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantları iştirak edib. Çıxış edən MDU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlar […]

“Azərkabel” ASC-nin 31 dekabr 2023-ci il tarixinə mühasibat balansı

“AZƏRKABEL”  Açıq   Səhmdar  Cəmiyyətinin  rəhbərliyinə         Müsbət  Rəy Mən, “Azərkabel”  Açıq  Səhmdar Cəmiyyətinin  31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyətinin əks etdirən balans hesabatının və cari ilin mənfəət və zərərləri haqqında hesabatından ibarət, habelə pul vəsaitlərinin hərəkəti  və kapitalda dəyişikliklər haqqında  qeydlərdən ibarət   maliyyə hesabatlarının auditini apardım. Maliyyə hesabatlarının hazırlanmasına görə rəhbərliyin məsuliyyəti Rəhbərlik bu Maliyyə Hesabatlarının Beynəlxalq […]

Mingəçevir Dövlət Universitetinə rektor vəzifəsini müvəqqəti icra edən təyin olunub

Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayevin 2024-cü ilin 3 iyun tarixində imzaladığı müvafiq əmrlə Mingəçevir Dövlət Universitetinə (MDU) yeni prorektor təyin olunub. Əmrə əsasən Üzeyir Ələmşah oğlu Zeynalov MDU-nun tədris məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib. Nazir E.Əmrullayevin müvafiq tarixli digər əmrinə əsasən Ü.Zeynalov MDU rektorunun vəzfisəni müvəqqəti icra edən təyin olunub. 2024-cü ilin […]

Mingəçevirdə keçmiş köçkün valideynlərin peşə bacarıqları artırılacaq

“Biz iyun ayından Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsinə başlamışıq. Məqsəd Mingəçevirdə məskunlaşan və qayıdışa hazırlaşan keçmiş köçkünlərin məşğulluq ehtiyaclarını araşdırmaq və həlli üçün onlara nəzəri bilgilər və praktiki bacarıqlar verməkdir. Yaxın günlərdə 60 ailə arasında sorğu aparacaq, peşəyə daha […]

Mingəçevir Dövlət Dram Teatrında bir ilk yaşandı

Bütün Dövlət müəssisələri 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününə hazırlıqlar görmüşdü. Hər şey balaca balaların gül çöhrəsində təbəssüm yaratmaq, onların dəyərlərini hiss etdirmək üçün idi. Mingəçevir şəhərində də uşaqlar günü təm-təraqla qeyd edildi. Valideynlər öz balalarını sevindirmək üçün imkanları daxilində onları maraqlı əyləncə mərkəzlərinə, teatr, kino,konsert proqramlarına aparırdılar. Mingəçevir Dövlər Dram Teatrı isə balaca tamaşaçılarını […]

MDU-da Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

2024-cü il mayın 30-da Mingəçevir Dövlət Universitetində (MDU) “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan elmi-praktik seminar keçirilib. Seminarda MDU-nun professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib. MDU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Fərəh Cəlil tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə dünyaya xoşbəxtlik bəxş edən uşaqları və daxilində uşaqlıq […]