Browsing monthly archive

May 2024

MDU nümayəndə heyəti Qazi Universitetinin Texnoloji Fakültəsini ziyarət edib

Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti Ankaraya səfər çərçivəsində Qazi Universitetinin Texnoloji Fakültəsini ziyarət edib. Nümayəndə heyətinin tərkibində MDU rektorunun müşavirləri Hamiz Mahmudov və Ramin Məmmədov, Qazi Universitetinin və Ankara Hacı Bayram Veli Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professorları Cemal Yılmaz və Evren Gücer təmsil olunub. Ziyarət zamanı MDU nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsinin […]

Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

2024-cü il mayın 16-da Ankarada səfərdə olan Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti Qazi Universitetini ziyarət edib. Nümayəndə heyətinin tərkibində MDU rektorunun müşavirləri Hamız Mahmudov və Ramin Məmmədov, Qazi Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professorları Cemal Yılmaz ve Evren Güçer təmsil olunublar. Ziyarət zamanı MDU nümayəndə heyəti Qazi Universitetinin […]

Mingəçevir Dövlət Universiteti Ankarada beynəlxalq konfransa tərəfdaşlıq edib

2024-cü il mayın 16-da Mingəçəvir Dövlət  Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) birgə təşkilatçılığı ilə Ankarada 5-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransının (5th International Travel and Tourism Dynamics – ITTD 2024) işinə start verilib. AHBVU-nun ev sahibliyi ilə keçirilən və 3 gün davam edəcək konfransın əsas mövzusu “Turizm sahibkarlığında innovativ yanaşmalar” […]

MDU-da “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nə start verilib

2024-cü ilin mayın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 13-18 may tarixlərində keçiriləcək “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nin açılışı olub. Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, professor-müəllim heyəti, tələbələr, magistrantlar […]

Mingəçevir Teatrı Zaqatala və Balakəndə

18-19 may 2024-cü ildə Mingəçevir Dövlət Dram Teatrının kollektivi Zaqatala və Balakənə qastrola gəlib və repertuarına daxil olan iki fərqli tamaşa ilə rayon sakinləri qarşısında çıxış edib. Bu barədə MDDT-nın ədəbi hissə müdiri Elçin Məhərrəm məlumat verib. O, bildirib ki, tamaşalar bir gün fərqi ilə hər iki rayonda saat 12-də başlayıb: “Azərbaycan Respublikasının Xalq şairi […]

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü: layihə fəaliyyəti barədə film çəkilməsi üçün təklif gözlənilir

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyilə və Mingəçevir Valideynlər Assosiasiyasının “Mingəçevirdə Valideyn Təlatümü”  təşəbbüsü çərçivəsində podratçı təşkilat olan Mingəçevir Resurs Mərkəzi aşağıdakı xidmətin göstərilməsi  üçün fiziki və hüquqi şəxslərdən təkliflər gözləyir: -Layihə fəaliyyəti barədə 25 dəqiqəlik sənədli filmin ssenarisinin hazırlanması -Filmin çəkilişi […]

Layihə təşəbbüsünün iştirakçılarına aktivlər verilib

2023-cü ilin noyabrından “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə qoşulan iyirmi bir qadından on dördünə layihə proqramı, birinə dövlət, birinə isə özəl şəxs tərəfindən aktivlər verilib. Nəticədə qadınlardan altısı dərzi, yeddisi stilist-vizajist,  biri dırnaq, biri şirniyyat,  biri isə kompüter xidmətləri üzrə avadanlıqlarla təmin olunub. Həmin qadınlar 12 günlük psixoloji, hüquqi və iqtisadi və usta yanında 2 aylıq […]

Mingəçevirdə Gənclər üçün “LevelUP” Karyera Forumu

Mingəçevirdə Gənclərin İnkişaf və Karyera Mərkəzi və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “LevelUP”  Karyera Forumu baş tutub. Tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və GİKM-in Mərkəzi Aran regional nümayəndəliyinin koordinatoru Elvin Əjdərli çıxış edərək, Forumu açıq elan ediblər. İki paneldən ibarət olan Forum “Şəxsi inkişaf” və “Karyera və biznes” istiqamətlərini əhatə edib. Forumda moderator […]

Bölgə məktəbində İctimai Şuraya seçki keçirildi

Mingəçevir şəhərindəki 3, 11 və 14 saylı məktəblərin aztəminatlı valideynlərinə, xüsusən gənc və işsiz analarına  dəstək və bacarıqlar aşılamaqla övladlarının keyfiyyətli təhsil almasında yardımçı olmaq niyyəti ilə 2023-cü ilin noyabrından “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü həyata keçirilir. Bu təşəbbüs mövcud kateqoriyadan olan valideynlərə nəzəri biliklərə yiyələnmək, praktiki alətləri öyrənmək, maliyyə resurslarına çıxış əldə etmək və güclü […]

Layihə təşəbbüsünün benefisiarları Peşə Məktəbində

2023-cü ilin noyabrından “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü həyata keçirilir. Məqsəd Mingəçevir şəhərindəki 3, 11 və 14 saylı məktəblərin aztəminatlı valideynlərinə, xüsusən gənc və işsiz analara  dəstək və bacarıqlar aşılamaqla övladlarının keyfiyyətli təhsil almasına yardım göstərməkdir.  Təşəbbüs çərçivəsində psixoloji, hüquqi və iqtisadi, ardınca peşə təlimlərinə cəlb edilən qadınlar Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbində də olublar. […]